
Növbəti mərhələdə SABAH proqramına doktorantların da qoşulması nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, doktorantlar üçün tədrisəsaslı, yeni məzmunlu təhsil proqramlarının tətbiqi planlaşdırılır.
Bildirilib ki, yeni SABAH proqramının ilkin olaraq 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur. Bu siyahıya artıq neçə illərdir ki, SABAH çərçivəsində kadr hazırlığı aparan ənənəvi universitetlərlə yanaşı, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin və özəl ali təhsil müəssisələrinin də qoşulması gözlənilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər