Bütün xəbərlər
25 iyul, 18:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması ilə bağlı imzaladığı Sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük minnətdarlıq və sevinc hissləri ilə qarşılanıb. Bu Sərəncam dövlətimizin elmin, təhsilin, intellektual potensialın və insan kapitalının inkişafına göstərdiyi yüksək diqqət və qayğının növbəti bir təsdiqidir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Ş.Bayramov bildirib ki, tələbələrin sosial rifahının yaxşılaşdırılması yalnız təhsilalanların maddi durumuna dəstək olmaqla kifayətlənmir, eyni zamanda, onların təhsilə, elmi axtarışlara və fərdi inkişaf yoluna daha inamla yanaşmalarını təşviq edir. Prezidentimizin bu təşəbbüsü yüksəkixtisaslı kadr hazırlığının stimullaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir.

“Ali təhsilimizin ən böyük himayədarı olan Prezidentimizə Qarabağ Universitetinin tələbələri və əməkdaşları, eləcə də Qarabağ Universitetini seçməkdə qərarlı olan abituriyentlər adından dərin təşəkkürümüzü bildiririk. Fikrimizcə, tələbələrə verilən təqaüdlərin məbləğinin məhz indi artırılması ixtisas və universitet seçimi ərəfəsində olan abituriyentlər üçün əlavə stimuldur. Bu baxımdan, yalnız dövlət sifarişi əsasında tələbə qəbulu aparılan Qarabağ Universitetini seçəcək gənclərin bu fürsəti düzgün dəyərləndirəcəklərinə inanırıq.

Eyni zamanda, fürsətdən istifadə edərək, Qarabağ Universitetinin yaradılması təşəbbüsünə, bu ali təhsil müəssisəsinin müasir infrastrukturla formalaşdırılmasına verdiyi davamlı dəstəyə və universitetimizin hərtərəfli inkişafına göstərdiyi şəxsi diqqətə görə ölkə başçısına bir daha dərin minnətdarlığımızı çatdırırıq.

Dövlət başçımızın “Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir" fikri bizim üçün həm böyük məsuliyyət, həm də fəaliyyətimizdə mühüm istinad və ilham mənbəyidir. Bu fikrə sadiq qalaraq söz veririk ki, Qarabağ Universiteti yüksəkixtisaslı mütəxəssislər və Vətənə sadiq, cəmiyyətə faydalı, intellektual vətəndaşlar yetişdirməyə davam edəcək”, - deyə rektor bildirib.

Şərhlər

Xəbər lenti

26 iyul, 09:42

Azərbaycan komandası Avropa çempionu oldu

25 iyul, 22:14

Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar

25 iyul, 16:51

Bir məktəbdən 7 qızıl nişan – Uğurlu məzunların hekayələri

25 iyul, 15:48

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyul, 15:36

SABAH qruplarına qəbulda buraxılış və qəbul imtahanlarının nəticələri nəzərə alınacaq

25 iyul, 15:17

Nicat Məmmədli: SABAH qrupları yaradılarkən universitetlərin də göstəriciləri əsas götürüləcək

25 iyul, 15:12

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

25 iyul, 15:00

Məktəbdə uğur doğum tarixindənmi asılıdır?

25 iyul, 14:57

BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 iyul, 14:49

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25 iyul, 14:45

Özəl ali məktəblər SABAH proqramına qoşulacaq

25 iyul, 12:55

400 balı necə topladılar? – Məqsədli gənclər uğurlarının sirlərini paylaşırlar

25 iyul, 12:40

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub

25 iyul, 12:13

Sabahın hava proqnozu açıqlanıb

25 iyul, 11:07

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

25 iyul, 10:49

400 bal toplayan abituriyent: İT mütəxəssisi olmaq istəyirəm

25 iyul, 10:44

SABAH qrupları üzrə ixtisasların istiqamətləri genişlənib – Nazirin müşaviri 

25 iyul, 10:41

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25 iyul, 10:19

MDU və İRİA arasında əməkdaşlıq görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.