Bütün xəbərlər
25 iyul, 10:19

İyulun 23-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, buna uyğun olaraq tərəflər informasiya texnologiyaları, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində tədrisin və praktiki biliklərin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdiriblər. Müqaviləni MDU-nun rektoru Anar Eminov və İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov imzalayıb.

Buna uyğun olaraq, MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini ziyarət edib. Görüş zamanı dəyirmi masa ətrafında keçirilən müzakirələrdə əməkdaşlığın perspektivləri və tərəflər üçün qarşılıqlı fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb.

Rektor A.Eminov ali təhsil müəssisəsi olaraq universitetin rəqəmsal inkişaf istiqamətində potensialının artırılmasına yönəlmiş bu cür tərəfdaşlığı olduqca vacib hesab etdiyini bildirib. O, yeni razılaşmanın region universiteti olan MDU-nun qabaqcıl texnoloji və rəqəmsal trendlərə uyğun inkişaf etməsinə mühüm töhfə verəcəyinə inandığını qeyd edərək göstərilən dəstəyə görə agentliyin rəhbərliyinə təşəkkürünü ifadə edib.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışı zamanı ixtisaslı və rəqabətədavamlı kadrların yetişdirilməsində region universitetlərinin fəal iştirakını yüksək qiymətləndirdiyini bildirib. O, MDU-nun texnoloji inkişaf istiqamətində sərgilədiyi irəliləyiş və təşəbbüskarlığın təqdirəlayiq olduğunu vurğulayaraq bu əməkdaşlığın qurulması və inkişafı istiqamətində dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Əməkdaşlıq çərçivəsində proqramlaşdırma, informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində tədris olunan fənlərin tədris proqramlarının və sillabuslarının təkmilləşdirilməsi, agentlik mütəxəssislərinin dərs prosesinə cəlb olunması, tələbələrin istehsalat təcrübəsinin agentlikdə keçirilməsi, “Kiber klub” təşəbbüsünə dəstək və digər ortaq layihələrin icrası kimi birgə fəaliyyətlər nəzərdə tutulur.

Görüşdən sonra, MDU-nun nümayəndə heyəti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin müasir maddi-texniki bazası, tədris prosesi ilə tanış olub və əməkdaşlıq imkanları barədə müzakirələri davam etdiriblər.

MDU ilə İRİA arasında qurulan əməkdaşlıq, həmçinin ali təhsildə keyfiyyətin təmin edilməsi, rəqəmsal sahədə milli insan kapitalının gücləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

1 /8

Şərhlər

Xəbər lenti

25 iyul, 22:14

Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar

25 iyul, 18:05

Şahin Bayramov: Prezidentin təşəbbüsü yüksəkixtisaslı kadr hazırlığının stimullaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir

25 iyul, 16:51

Bir məktəbdən 7 qızıl nişan – Uğurlu məzunların hekayələri

25 iyul, 15:48

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyul, 15:36

SABAH qruplarına qəbulda buraxılış və qəbul imtahanlarının nəticələri nəzərə alınacaq

25 iyul, 15:17

Nicat Məmmədli: SABAH qrupları yaradılarkən universitetlərin də göstəriciləri əsas götürüləcək

25 iyul, 15:12

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

25 iyul, 15:00

Məktəbdə uğur doğum tarixindənmi asılıdır?

25 iyul, 14:57

BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 iyul, 14:49

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25 iyul, 14:45

Özəl ali məktəblər SABAH proqramına qoşulacaq

25 iyul, 12:55

400 balı necə topladılar? – Məqsədli gənclər uğurlarının sirlərini paylaşırlar

25 iyul, 12:40

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub

25 iyul, 12:13

Sabahın hava proqnozu açıqlanıb

25 iyul, 11:07

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

25 iyul, 10:49

400 bal toplayan abituriyent: İT mütəxəssisi olmaq istəyirəm

25 iyul, 10:44

SABAH qrupları üzrə ixtisasların istiqamətləri genişlənib – Nazirin müşaviri 

25 iyul, 10:41

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25 iyul, 09:39

Elm və təhsil naziri Şimali Kiprin milli təhsil naziri ilə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.