.jpeg)
“SABAH qruplarında təhsil II kursdan başlayırdısa, artıq I kursdan təşkil ediləcək. Tələbələr DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarında əldə etdikləri nəticələrə uyğun olaraq, eyni zamanda müəyyən mərhələdə müsahibə yolu ilə SABAH qruplarına qəbul olacaqlar”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
Müşavir bildirib ki, bununla da daha çox tələbə SABAH qruplarında oxuya biləcək: “10 ildir ki, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi layihə uğurla davam edir. Onlara daha keyfiyyətli müəllimlər dərs deyir, onların təhsil almasına nisbətən çox maliyyə vəsaiti xərclənir və bu platformanın daha da genişləndirilməsi nəzərdə tutulub”.
N.Məmmədli əlavə edib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yeni məzmunlu təhsil proqramlarının əhatəsinin genişləndirilməsi əsas hədəflərdəndir: “SABAH qruplarında təhsilalanların sayının 15 minə çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə addımlar atılmaqdadır. Müxtəlif məzmunlu proqramları nəzərə alsaq, 5-7 min tələbə həm SABAH, həm də xüsusi məzmunlu təhsil proqramlarında təhsil alırdı. Bu ildən isə bu istiqamət daha da genişlənəcək, bu sayın təxminən 15 minə çatdırılması nəzərdə tutulur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər