Bütün xəbərlər
25 iyul, 15:17

“SABAH qrupları ETN nəzdində olmayan ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, Xəzər Universitetinin nəzdində ola bilər. Bu istiqamətdə məsələlərə baxılır. Ümid edirəm ki, gələcəkdə SABAH qruplarının və yeni məzmunlu təhsil proqramlarının həm universitetlər, həm ixtisaslar üzrə genişlənməsi baş tutacaq”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

Müşavir bildirib ki, SABAH qrupları layihəsi əvvəllər yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə şamil olunurdusa, bundan sonra o, digər qurumların tabeliyində olan, hətta özəl ali təhsil müəssisələrə də şamil olunacaq: “Əvvəl bu qruplar texniki, texnoloji istiqamətli idisə, artıq başqa istiqamətlərdə də qruplar təşkil ediləcək. İxtisasların istiqamətləri də artırılır. Əvvəllər daha çox üstünlük texniki, texnoloji ixtisaslara verilirdisə, artıq ixtisaslar şəbəkəsi də genişləndirilib. Digər ixtisaslar üzrə təhsil alan tələbələrin də SABAH qrupları kimi məzmunlu təhsil proqramlarında təhsil almaq imkanları təmin olunacaq. Bu da təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addımlardan biridir”. 

Nazirin müşaviri əlavə edib ki, SABAH qruplarının təşkili zamanı universitetlərin göstəriciləri nəzərə alınacaq: “Vacib məsələlərdən biri SABAH qruplarının yaradılması mexanizmləridir. Bu mexanizmlərə görə, tələbənin yaxşı akademik göstəricisi ilə yanaşı, universitetlərin də göstəriciləri əsas götürüləcək. Burada həm infrastruktur, həm də professor-müəllim heyətinin səviyyəsi əsas götürüləcək. SABAH qrupları yalnız bu meyarlara cavab verən ali təhsil müəssisələrində təşkil ediləcək. İnfrastrukturu varsa, professor-müəllim heyətinin səviyyəsi yüksəkdirsə, tələbələri yaxşı oxuyursa, SABAH qrupları təşkil edilə bilər”.

Şərhlər

Xəbər lenti

26 iyul, 09:42

Azərbaycan komandası Avropa çempionu oldu

25 iyul, 22:14

Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar

25 iyul, 18:05

Şahin Bayramov: Prezidentin təşəbbüsü yüksəkixtisaslı kadr hazırlığının stimullaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir

25 iyul, 16:51

Bir məktəbdən 7 qızıl nişan – Uğurlu məzunların hekayələri

25 iyul, 15:48

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyul, 15:36

SABAH qruplarına qəbulda buraxılış və qəbul imtahanlarının nəticələri nəzərə alınacaq

25 iyul, 15:12

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

25 iyul, 15:00

Məktəbdə uğur doğum tarixindənmi asılıdır?

25 iyul, 14:57

BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 iyul, 14:49

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25 iyul, 14:45

Özəl ali məktəblər SABAH proqramına qoşulacaq

25 iyul, 12:55

400 balı necə topladılar? – Məqsədli gənclər uğurlarının sirlərini paylaşırlar

25 iyul, 12:40

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub

25 iyul, 12:13

Sabahın hava proqnozu açıqlanıb

25 iyul, 11:07

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

25 iyul, 10:49

400 bal toplayan abituriyent: İT mütəxəssisi olmaq istəyirəm

25 iyul, 10:44

SABAH qrupları üzrə ixtisasların istiqamətləri genişlənib – Nazirin müşaviri 

25 iyul, 10:41

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25 iyul, 10:19

MDU və İRİA arasında əməkdaşlıq görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.