Bütün xəbərlər
4 mart, 22:34

“Azərbaycanın yerləşdiyi coğrafi bölgədə çox dil bilmək üstünlükdür, lakin Azərbaycan vətəndaşları üçün Azərbaycan dilini bilmək zərurətdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə keçirilən “Azərbaycan dili dövlət dilidir” mövzusunda aparılan müzakirədə millət vəkili Qaya Məmmədov Milli Məclisdə təmsil etdiyi Suraxanı rayonunun 279 nömrəli tam orta məktəbin şagirdləri qarşısında çıxış edərkən deyib.

Millət vəkili gənclərə xatırladıb ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.

1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən dövlətin əsas qanunlar toplusu layihə şəklində hazırlanarkən bir sıra məsələlərlə yanaşı dövlət dili məsələsi də geniş ictimai müzakirələrə səbəb olub. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bununla yanaşı multikultural cəmiyyətimizdə əhalinin danışdığı digər dillərin də sərbəst işlədilməsi və inkişafı təmin olunur. Dövlətçilik atributlarından biri olmaqla yanaşı, Azərbaycan dili həm də əsrlərin sınağından keçərək xalqımızın ən ali milli dəyəri kimi bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin sarsılmaz təməlidir.

Məktəblilərlə müzakirəni davam edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva isə əlavə edib ki, dil və mədəniyyət bir-biri ilə sıx bağlıdır. Azərbaycan dili cəmiyyət olaraq bizim ənənə və dəyərlərimizi əks etdirir, eyni zamanda azərbaycançılıq məhfumunu tam anlamaq üçün şərtdir. Hazırda rəqəmsal dünyada böyüyən gənclər sərhədsiz virtual məkanda digər dilləri tez mənimsəsələr də, azərbaycan dilinin davamlı olaraq müasir dünyaya uyğunlaşması və inkişafı üçün bu dildə danışan nəsillər biri-birini əvəzləməli və dili yaşatmalıdır. “Ədibin Evi”nin missiyasının milli ədəbiyyatımızın və ədəbi irsimizin tədqiq və təbliği olduğunu bildirən Şəfəq Mehrəliyeva dövlət dilini mükəmməl öyrənmək üçün Azərbaycan dilində zəngin ədəbi xəzinəmizi mütaliə etməyi ən yaxşı vasitələrədən olduğunu qeyd edib.

Tədbirin sonunda məktəblilərə Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sindən Azərbaycan dilində nəsrə çevirdiyi hissələrdən ibarət kitablar hədiyyə olunub.

Qeyd edək ki, Suraxanı məktəbliləri ilə görüş “Balakhani Operating Company LTD”nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi çərçivəsində baş tutub. Bir illik layihə zamanı hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilər “Ədibin Evi”ndə “azərbaycançılıq” ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşlərdə iştirak edəcəklər.

1 /4

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.