
“Kibertəhlükəsizlik və süni intellekt sahəsi üzrə kadrların hazırlanması vacibdir. Bu sahə üzrə kadr hazırlığı prioritet olmalıdır”.
“Azərbaycan müəllimi”nin məlumatına görə, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Ə.Sadıqov bildirib ki, bu istiqamətdə kadr hazırlığının təmin edilməsi üçün ali təhsil müəssisələrində tədris edilən ixtisas proqramları yenilənib:
“Əmək bazarının tələblərinə uyğun olaraq işəgötürənlərlə birgə yeni ixtisas proqramları hazırlanıb və bu proses hazırda davam etdirilir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər