Bütün xəbərlər
18 aprel, 10:03

Buraxılış imtahanında 300 bal toplayan digər məktəblimiz Fatimə Abbaslıdır.

263 nömrəli tam orta məktəbinin şagirdi Fatimə Abbaslı “Azərbaycan müəllimi”nə öz təəssüratlarını bölüşüb. O, əldə etdiyi uğurlarla təkcə müəllimlərinin və ailəsinin deyil, həm də məktəbin fəxrinə çevrilib. Hər zaman çalışqanlığı, yüksək intellekti və zəhmətsevərliyi ilə seçilən Fatimə builki buraxılış imtahanından da uğurla keçib: “Əslində 290-dan yuxarı bal toplayacağımı ümid edirdim. Lakin maksimal bal toplaya biləcəyimə tam əmin deyildim. Nəticəmi görəndə olduqca sevindim. Bu sevincin arxasında böyük bir zəhmət və fədakarlıq dayanır. Mənim üçün ən böyük motivasiya mənbəyi valideynlərimin əziyyəti, xüsusilə də anamın mənimlə birlikdə keçirdiyi stres və həyəcan oldu. Onun mənim üçün çəkdiyi əziyyəti düşünəndə, daha çox çalışmaq və qarşıma qoyduğum məqsədlərə çatmaq üçün özümə söz verirdim”.

Fatimənin həyat məqsədi yalnız yüksək nəticələrlə kifayətlənmir. O, gələcək karyerası və şəxsi inkişafı üçün də aydın hədəflər qoyub: “Hədəfim gələcəkdə uğurlu və cəmiyyətə faydalı bir insan olmaqdır. Hazırda II ixtisas qrupu üzrə hazırlaşıram və universitet seçimim UNEC-dir. Düşünürəm ki, bu universitet mənə iqtisadiyyat və idarəetmə sahəsində geniş imkanlar yaradacaq”.

Fatimə yalnız dərslərində deyil, eyni zamanda yaradıcı fəaliyyətlərdə də fəallıq göstərir. O, uşaqlıqdan müxtəlif sahələrə maraq göstərdiyini və incəsənətə olan sevgisini bu gün də qoruyub saxladığını vurğulayıb: “Uşaqlıqdan bir çox hobbilərim olub. Skripka üzrə təhsil almışam və bu sahə mənim ruhuma yaxın olub. Boş vaxtlarımda da əsasən incəsənətə, yaradıcılığa vaxt ayırmağa çalışıram. Bu məni həm rahatlaşdırır, həm də düşüncə tərzimi zənginləşdirir”.

Fatimənin məktəbdəki uğurları da az deyil. O, birinci sinifdən bu günə qədər əlaçı şagirddir, daim məktəbdaxili yarışlarda fəallıq göstərib, müxtəlif müsabiqələrdə iştirak edib: “Birinci sinifdən bəri dərslərimi sevə-sevə oxumuşam. Məktəbdaxili yarışlarda, tədbirlərdə hər zaman iştirak etmişəm. Respublika fənn olimpiadalarında da iştirak etmişəm. Düzdür, ciddi hazırlaşmadığım üçün yüksək nəticə əldə etməmişəm, amma bu təcrübələr mənə çox şey öyrədib. 9-cu sinifdə də yüksək nəticə ilə qırmızı attestat almışam”.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.