
“Bil”, yəni bilik, “Bacar” isə bacarıq deməkdir. Lakin bu anlayışlar yalnız bilik və bacarıqla məhdudlaşmır. Onlar, eyni zamanda, dəyərlərlə tamamlanmalıdır. “BilBacar” müsabiqəsinin əsas məqsədi də məhz budur: şagirdlərin yalnız bilik və bacarıqlarını deyil, həm də dəyərlər sistemini inkişaf etdirmək, gələcəyin vətəndaşını hərtərəfli formalaşdırmaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi zamanı çıxış edərkən deyib.
Firudin Qurbanov bildirib ki, tədris prosesi bu istiqamətdə sistemli şəkildə qurulmalı, ölkəmizdə isə elə bir mühit yaradılmalıdır ki, yaradıcı gənclər üzə çıxsın, dəstəklənsin və öz potensiallarını reallaşdıra bilsinlər:
"Çünki ölkənin gələcəyinin uğurlu quruculuğu, onun inkişafının maddiləşdirilməsi yaradıcı cəmiyyətin formalaşmasından keçir. Yaradıcı cəmiyyətin əsasını isə yaradıcı gənclər təşkil edir. Məhz belə gənclər ölkənin sabahını qurmağa qadirdirlər.
Bu gün bir çox işəgötürənlər ali məktəbi bitirmiş məzunlardan narazıdırlar. Çünki onların nəzəri bilikləri olsa da, praktik bacarıqları zəifdir və verilən tapşırıqları müstəqil şəkildə yerinə yetirməkdə çətinlik çəkirlər. Bu baxımdan “BilBacar” kimi layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir".
Firudin Qurbanov qeyd edib ki, ümumilikdə ölkəmizdə Elm və Təhsil Nazirliyi tərəfindən yaradıcı gənclərin üzə çıxarılması və inkişafı istiqamətində bir sıra layihələr reallaşdırılır. Bu layihələrin əsas istiqamətini intellektual oyunlar təşkil edir:
“Bu tədbirlər beynəlxalq standartlara uyğun təşkil olunur və yüksək nəticə göstərən şagirdlər beynəlxalq yarışlara da göndərilir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər