Bütün xəbərlər
1 iyun, 14:15

“Şuşa şəhərində keçirilən Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı türk dövlətləri arasında mədəni, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edir. Artıq ikinci dəfə baş tutan bu festival müxtəlif türk dövlətlərinin məktəblilərinin iştirakı ilə keçirilir və ortaq mədəni dəyərlərin, tarixin və incəsənətin təbliğinə, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir”. 

Bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycan müəllimi"nə açıqlamasında səsləndirib.

O qeyd edib ki, festivalın əsas məqsədi türk xalqları arasında mədəni və insani bağların gücləndirilməsidir:

“Festival çərçivəsində iştirakçılar hər bir ölkənin mədəniyyətini, incəsənətini, tarixini nümayiş etdirirlər. Bu isə gələcəkdə onlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə zəmin yaradır. Eyni zamanda, uşaqlar bir-birinin mədəniyyətini, adət-ənənələrini daha yaxından tanıyır, qarşılıqlı hörmət ruhunda formalaşırlar. Festivalın Şuşada keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Çünki iştirakçılar Şuşanın füsunkar təbiəti, zəngin tarixi və mədəni irsi ilə də tanış olurlar”. 

Nazir müavini əlavə edib ki, festival çərçivəsində məktəblilər incəsənətin müxtəlif sahələri üzrə yaradıcılıqlarını nümayiş etdirir, öz bacarıqlarını sərgiləyirlər. Bu, onların gələcək fəaliyyətlərinə stimul verir, özlərini ifadə etmə, ictimaiyyət qarşısında çıxış etmə və yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirir.

Onun sözlərinə görə, türk dövlətləri arasında əlaqələrin dərinləşməsi Qarabağda həyata keçirilən layihələrdə də öz əksini tapır:

“Özbəkistanın Şuşada məktəb binası inşa etməsi, Qazaxıstanın isə Mədəniyyət Mərkəzi hədiyyə etməsi bu həmrəyliyin bariz nümunəsidir. Qeyd edilməlidir ki, bu festival həm də uşaqların və gənc nəslin azad edilmiş ərazilərə mənəvi bağlarını gücləndirmək məqsədi daşıyır”.

O sonda qeyd edib ki, belə tədbirlər türk dövlətləri arasında əməkdaşlığın yeni müstəviyə qədəm qoyduğunu göstərir və gələcəkdə bu münasibətlərin daha da genişlənəcəyi gözlənilir.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.