Bütün xəbərlər
28 fevral, 12:55

Təhsil cəmiyyətin inkişafı üçün əsas amillərdən biridir, bu sahənin dayağı isə müəllimlərdir. Bəs gələcəyin pedaqoqları bu gün necə formalaşır? Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri bu peşəyə hansı motivasiya ilə gəlir və peşə fəaliyyətlərində onları hansı çətinliklər gözləyir? Bu suallarıma universitet tələbələri cavab verirlər.

“Məqsədim yalnız dərs keçmək deyil”

ADPU-nun Şamaxı filialında “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Fidan Qafarova hazırda həm də universitetin Tələbə Gənclər Təşkilatının Vətənpərvərlik Departamentinin, eləcə də Tələbə Elmi Cəmiyyətinin sədr müavinidir.

Müəllimlik ixtisasını seçməsinin səbəblərindən danışan Fidan deyir ki, həmişə başqalarını öyrətməkdən, onların yeni biliklər qazanmasına kömək etməkdən zövq alıb: “Biliyimi paylaşmaq həvəsim uşaqlıqdan formalaşmışdı. Cəmiyyətin inkişafı üçün keyfiyyətli təhsilin vacibliyini anlayaraq bu sahəni seçdim. Mənim üçün müəllimlik yalnız bir iş deyil, həm də həyatımın mənasını təşkil edən bir yoldur”.

O, müəllim olmağa tam hazır olduğunu bildirir: “Yaxşı müəllim şagirdləri motivasiya etməli, onları suallar verməyə, düşünməyə təşviq etməlidir. Eyni zamanda, müəllim anlayışlı, səbirli və dəstəkləyici olmalıdır. Özümü bu keyfiyyətlərə uyğun hesab edirəm, çünki məqsədim yalnız dərs keçmək deyil, şagirdlərimin düşünmə qabiliyyətlərini inkişaf etdirmək və onları gələcəyə hazırlamaqdır. Təcrübə müddətində şagirdlərlə ünsiyyət quraraq onların hər birinin potensialını üzə çıxarmağa çalışıram. Bu mənim üçün bir həyat məqsədidir”.

Fidan tələbələr üçün maddi dəstək imkanlarının artırılmasını da arzulayır. Onun fikrincə, universitetlərin maliyyə baxımından çətinliyi olan tələbələrlə bağlı daha çox təşəbbüslər irəli sürməsi, yeni dəstək proqramları təqdim etməsi daha yaxşı olar.

Fidan tələbələrin üzləşdiyi əsas problemlərdən birinin vaxtın düzgün idarə edilməsi ilə bağlı olduğunu düşünür və hesab edir ki, məktəb həyatı ilə şəxsi həyat arasında balans yaratmaq çətindir.

“Dərsləri interaktiv keçmək çox vacibdir”

Fidan gələcəkdə tarix və coğrafiya dərslərini daha maraqlı etmək üçün müxtəlif metodlardan istifadə etməyi planlaşdırır:

“Dərsləri interaktiv keçmək çox vacibdir. Oyunlar, viktorinalar, qrup fəaliyyətləri və bilik yarışları şagirdlərin dərsə marağını artırır. Eyni zamanda, rəqəmsal texnologiyalardan düzgün istifadə etməklə tədris prosesini daha effektiv etmək mümkündür. Tarixi hadisələri və coğrafi bölgələri daha canlı təsvir etmək üçün video və filmlərdən yararlanmaq, mövzuları müasir dövrün hadisələri ilə əlaqələndirmək şagirdlər üçün dərsləri daha əyləncəli və yadda qalan edər”.

Fidan deyir ki, məqsədi magistratura təhsili almaq və daha sonra universitetdə müəllim kimi fəaliyyət göstərməkdir: “Bununla yanaşı, elmi araşdırmalar aparmaq, pedaqogikada yeni yanaşmaları tətbiq etmək və təhsil sisteminin inkişafına töhfə vermək istəyirəm”.

“Fikirlərimizi milli sözlərimizlə ifadə etməliyik”

ADPU-nun Şamaxı filialında “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alan, Tələbə Gənclər Təşkilatının sədri Nuranə Mirzəyeva 2024-cü ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən seçilən “İlin Tələbə Gənclər Təşkilatı sədri”ndən biri olub. 

Gələcək planları barədə danışan Nuranə deyir ki, təhsilini magistratura səviyyəsində davam etdirmək və Azərbaycanın gənclər siyasətinə töhfə vermək istəyir: “Filologiya sahəsinə yönəlməyimdə dilimizin tarixi, onun keçdiyi çətinliklər və müasir dövrdə qorunması məsələləri xüsusi rol oynayıb. Bu sahədə elmi araşdırmalar aparmaq niyyətindəyəm”.

O, müasir dövrdə dilin qorunmasının vacibliyini vurğulayır:

“Qloballaşma prosesi dilimizdə yad elementlərin artmasına səbəb olur. Bunun qarşısını almaq üçün  fikirlərimizi əcnəbi deyil, milli sözlərimizlə ifadə etməliyik. Eyni zamanda, müasir texnologiyalar kitab oxuma vərdişlərini dəyişsə də, onlayn platformalar vasitəsilə oxucuların bir araya gəlməsi və bədii nümunələrin daha geniş kütləyə çatdırılması müsbət haldır”.

“Beynəlxalq tədbirlərin sayı artarsa, tələbələrin sosiallaşma imkanları daha da genişlənər”

Universitetin ictimai həyatından danışan Nuranə tələbə təşkilatlarının bu sahədə mühüm rol oynadığını söyləyir:

“Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat Klubu tələbələrdə müzakirə mədəniyyətinin formalaşmasına kömək edir. Eyni zamanda, müxtəlif klublar çərçivəsində incəsənət, idman, qiraət və digər sahələrdə tələbələrin bacarıqlarını inkişaf etdirməsinə dəstək veririk. Universitetdə və regionda keçirilən layihələrdə aktiv iştirak edirik. Düşünürəm ki, regionlarda beynəlxalq tədbirlərin sayı artarsa, tələbələrin sosiallaşma imkanları daha da genişlənər”.

Tələbələrin fikirlərindən görünür ki, onlar təkcə müəllim olmaq istəmirlər, həm də təhsil sisteminə töhfə vermək, gələcək nəsillərin inkişafında iştirak etmək istəyirlər. Onların ideya və yanaşmaları təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynaya bilər.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.