Bütün xəbərlər
9 aprel, 12:19

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

Bu barədə idarədən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 09-12 aprel 2025-ci il tarixlərində link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.

Müsabiqədə ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ixtisası üzrə ali təhsilli və ya tam orta təhsilli, həmçinin orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizir və çavuşlar iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqədə uğur qazanmış namizədlər arasından şəhər yerində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan GÇH rəhbəri vəzifəsinə təyinat zamanı yalnız ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ixtisası üzrə ali təhsilli şəxslər,  eləcə də kənd və qəsəbə yerlərində yerləşən ümumi təhsil müəssisələrinə isə təyinat zamanı yuxarı qeyd olunan namizədlərlə yanaşı, tam orta təhsilli, həmçinin orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizir və çavuşlar təyin olunacaqdır.

Eyni zamanda müsahibə mərhələsində uğur qazanmış namizədlər sırasından vakant yeri seçiminə ilk olaraq şəhid ailəsinin üzvləri, müharibədə əlillik dərəcəsi almış şəxslər və müharibə veteranlarına (iştirakçı) üstünlük veriləcəkdir.

Onu da qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

1 /1

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.