Bütün xəbərlər
3 aprel, 10:08

Geologiya və Geofizika İnstitutunun “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin əyani doktorantı, kiçik elmi işçi Tural Babayev 2025-ci ilin birinci rübündə “Frontiers in Earth Science” yüksək nüfuzlu elmi jurnalda məqalə dərc etdirib.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, “Development of ann-based data-driven ground motion model for Azerbaijan using temporal earthquake records of 2022–2024” adlı məqalə 2022-ci ilin ortalarından 2024-cü ilin sonuna kimi ölkəmizdə baş vermiş kiçik və orta maqnitudalı zəlzələlərin stansiya qeydlərinə əsasən, Azərbaycan ərazisi üzrə qrunt hərəkətinin maşın öyrənməsinə əsaslanan modelini qurub. 

Bildirilib ki, qrunt hərəkəti modelləri seysmik təhlükəni qiymətləndirən zaman qrunt hərəkəti parametrlərinin proqnozlaşdırılması üçün zəruridir. Belə modellərin qurulması beynəlxalq müstəvidə geniş yayılmış istiqamətdir. Həmçinin, maşın öyrənməsinin bu istiqamətə tətbiqi də artıq beynəlxalq təcrübədə illərdir ki, öz yerini almışdır. Dünyada maşın öyrənməsinin tətbiq olunmasına kimi seysmik regionlara xas qrunt hərəkətinin proqnozlaşdırılması tənlikləri törədilir və istifadə olunub. Tural Babayevin məqaləsində rəqəmsal stansiya verilənləri ilə cari tənliyin uyğunluğunu müqayisə edilməklə yanaşı, yeni və maşın öyrənməsi əsaslı qrunt hərəkəti modeli təklif edilir. Maşın öyrənməsinin üstünlüyü ondan ibarətdir ki, verilənlər bazasını hərtərəfli surətdə təhlil edir və qrunt hərəkəti proqnozlarında xətaya imkan verən xətti tənliklərlə məhdudlaşmayaraq, qeyri-xətti mürəkkəb modellərin qurulmasına şərait yaradır.

Qeyd edək ki, məqalənin dərc olunduğu " Frontiers in Earth Science" jurnalı "Scimago Journal & Country Rank"a görə 1-ci Kvartlidadır (Q1) və h-indeksi 53-dür. Eləcə də jurnalın rəsmi internet saytında göstərilən məlumata əsasən, sitat xalı (CiteScore) 3,5 və sitatların cari sayı (Citations) 46 500-ə çatır.

Məqalə ilə tanış olmaq istəyən oxucular jurnalın rəsmi saytından ictimaiyyətə açıq surətdə təqdim olunmuş elektron versiyadan yararlana bilərlər.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.