
Sentyabrdan etibarən "Harvard dərsi" adlı yeni veriliş yayımlanacaq. Təhsil TV və “T-Network”ün yeni layihəsi olan bu unikal dərsdə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Harvard Universitetinin professor-müəllim heyəti ilə təhsildə keyfiyyətə yeni baxış təqdim olunacaq və aktual məsələlər müzakirə ediləcək.
Bu müzakirələr “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də təhsillə bağlı müəyyən edilmiş məqsədlərə nail olunmasına töhfə verməyi hədəfləyir.
Proqramın ilk qonağı Harvard Universitetinin professoru, eyniadlı universitetin Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimersdir.
"Harvard dərsi" Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsilin siyasəti və təhlili üzrə magistratura pilləsini bitirmiş Lalə Əliyevanın və "T-Network" platformasının rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında hər ayın ilk günü yayımlanacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər