Bütün xəbərlər
19 aprel, 10:43

Milli Müdafiə Universitetində daha bir yenilik - müddətli həqiqi hərbi xidmətdə olanlar (hazırda xidmət edən əsgərlər nəzərdə tutulur) üçün təhsil imkanı təqdim edilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb.

Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı təqdim ediləcəkdir. Müəyyən edilmiş meyarlara cavab verən yüksək göstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcəkdir. Hərbi kolleclər üçün  tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaqdır.

İki illik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar.

İmtiyazlar:

Təhsil müddətində:

- əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı;
- kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr;
- dövlət hesabına xaricdə təhsil imkanı.

Xidmət müddətində:

- gizir hərbi rütbəsinin verilməsi;
- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;
- özü və ailə üzvləri üçün güzəştli tibbi təminat;
- güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi); 
- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
- karyerada davamlı yüksəliş.

Tələb olunan meyarlara uyğun gələn və hazırda xidmətdə olan hərbi qulluqçuların valideynlərini maraqlandıra biləcək suallarla bağlı ətraflı məlumat almaq üçün Milli Müdafiə Universitetinin rəsmi WhatsApp kanalını (https://whatsapp.com/channel/0029Vb5xsnr30LKR5UG9kQ0) izləyin.

1 /1

Şərhlər

Xəbər lenti

23 iyun, 09:09

İlk dəfə 28 Azərbaycan universiteti “Times Higher Education Impact 2025” reytinqində təmsil olunub

22 iyun, 08:30

Bu gün doktorantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçirilir

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.