Bütün xəbərlər
30 may, 14:44

İnsan hüquqları sadəcə hüquqi sənədlərdə deyil, cəmiyyətin hər bir sahəsində və təbəqəsində hiss olunmalıdır. Lakin bu necə təmin edilməlidir? Bu hüquqların qorunması üçün üzərimizə hansı vəzifələr düşür və biz bu məsuliyyəti necə yerinə yetiririk? Azərbaycanda hüquqi maarifləndirmə sahəsində hansı çatışmazlıqlar var?

Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova “Azərbaycan müəllimi”nə bildirib ki, Azərbaycanda hüquqi maarifləndirmə sahəsində ən ciddi çatışmazlıqlardan biri əhalinin hüquqi biliklərinin zəifliyi və bu biliklərin sistemli şəkildə artırılmamasıdır: “Bunun əsas səbəblərindən biri hüquqi tədrisin və maarifləndirmə işlərinin ardıcıl və geniş olmamasından irəli gəlir. Universitetlərin Hüquq fakültələrində hüquqlar dərindən öyrədilsə də, tədris kifayət qədər praktik deyil. Digər ixtisaslarda hüquqi savad aşağı səviyyədədir. Gənclərin hüquqi savadlılığını artırmaq üçün  maarifləndirmə tədbirləri məktəb səviyyəsindən başlamalı, mediada və internetdə hüquqi məlumatlara asan və aydın formada çıxış təmin edilməlidir. Universitetlərin hüquq fakültələrində tədrisin səviyyəsi qaldırılmalı və yetərincə praktik yönümlü olmalıdır. Hüquqi biliklərin artırılması üçün hüququn bütün sahələrinə dair kitabların yazılması, nəşri və yayılması təşviq olunmalıdır. Hüquqi sahədə təlimçilər hazırlayan heç bir platforma yoxdur. Bunlardan başqa, insanlar müstəqil şəkildə hüquqi informasiya əldə etməkdə çətinlik çəkirlər. Qanunvericiliyin bütün sahələrində tez-tez dəyişikliklər edilir, lakin bu dəyişikliklər bir çox hallarda ictimaiyyətə sadə və anlaşılan dildə çatdırılmır”.

O bildirib ki, ümumiyyətlə, hüquqi maarifləndirmə daha çox dövlət qurumlarının təşəbbüsü ilə aparılır, vətəndaş cəmiyyəti institutlarının bu sahədəki fəaliyyəti son illər xeyli azalıb: “Bütün bu məqamlar insanların hüquqi mədəniyyətini zəiflədir. Onlar hüquqlarını bilmir və yaxud bilsələr də, həmin hüquqlardan istifadə etməyə çəkinirlər. Ölkədə yeganə hüquq institutu olan Hüquq və İnsan Haqları İnstitutu maarifləndirmənin səviyyəsinin artırılması üçün hüququn müxtəlif sahələrinə aid elmi monoqrafiyalar nəşr etdirməklə yanaşı, geniş əhali üçün insan hüquqlarına dair məlumat sessiyaları da təşkil edir. 

Bundan başqa, institut 2023-cü ilin dekabr ayından virtual kitabxana yaradıb ki, bu platformada Azərbaycanın hüquqşünas alimləri və tədqiqatçılarının hüququn müxtəlif sahələrinə aid kitabları, monoqrafiyaları, məqalələri və hesabatları yerləşdirilib. Qısa müddət ərzində virtual kitabxananın istifadəçiləri 800 000-dən çox yüklənmələr edib ki, bu da kitabxanaya artan marağın göstəricisidir. Bundan başqa, hüququn müxtəlif sahələrinə həsr edilmiş audioməqalələr institutun saytında yerləşdirilib. Geniş əhalinin hüquqi maarifləndirilməsi üçün institut həm də rəsmi saytında hüquqi terminlərin izahını dərc edir, eləcə də sosial media hesablarında maarifləndirici posterlər paylaşır.

 

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.