
Yeni bir araşdırmaya görə, 20-ci əsrin birinci yarısında əldə edilən uzunömürlülük artımı son onilliklərdə əhəmiyyətli dərəcədə yavaşlayıb.
“Azərbaycan müəllimi” “Independent”ə istinadla xəbər verir ki, “PNAS” jurnalında dərc edilən araşdırmada İnsan Ölümləri Məlumat Bazasından və altı müxtəlif ölüm proqnozlaşdırma metodundan istifadə edilməklə yüksək gəlirli və aşağı ölüm nisbəti olan 23 ölkə üçün gözlənilən ömür meyilləri təhlil olunub. Tədqiqatçılar deyirlər ki, 1939-cu ildən sonra doğulan heç bir nəsil orta hesabla 100 yaşa çatmayacaq.
Amerika Birləşmiş Ştatlarının Viskonsin Medison Universitetindən olan tədqiqatın həmmüəllifi Hektor Pifarrei Arolas söyləyib ki, XX əsrin birinci yarısında əldə etdiyimiz ömür uzunluğunun görünməmiş artımı yaxın gələcəkdə bir daha əldə edə bilməyəcəyimiz bir fenomen kimi görünür: “İnsan ömrünü əhəmiyyətli dərəcədə uzadan hər hansı bir irəliləyiş olmadıqda, hətta yetkin yaşda sağqalma səviyyəsini proqnozlaşdırdığımızdan iki dəfə sürətlə yaxşılaşsa belə, gözlənilən ömür hələ də 20-ci əsrin əvvəllərində müşahidə olunan sürətli artımlara uyğun gəlməyəcək”.
Verilən məlumata görə 1900-1938-ci illər arasında hər yeni nəsillə gözlənilən ömür uzunluğu təxminən 5,5 artırdı. 1900-cü ildə yüksək gəlirli ölkədə doğulan adamın orta ömür uzunluğu 62 il olduğu halda, cəmi 38 il sonra doğulanlar üçün bu, 80 il olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər