Bütün xəbərlər
12 may, 12:11

Bakı Mühəndislik Universiteti ilə Koreyanın INHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-INHA IDP) IV kurs tələbələri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına növbəti qəbul imtahanı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Yaqub Piriyevin təşəbbüsü ilə ötən ildən etibarən onlayn formatda gerçəkləşdirilən imtahanlar Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə təşkil olunub.

Builki imtahanda 64 tələbə iştirak edib. INHA Universitetinin şərait yaratdığı zalda və DİM tərəfindən hazırlanan proqram əsasında keçirilən imtahanlar 3 saat 30 dəqiqə davam edib. İmtahan prosesinə DİM və BMU-INHA IDP heyəti tərəfindən nəzarət olunub.

Qeyd edək ki, 3+1 modelinə əsaslanan IDP çərçivəsində hazırda 319 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə INHA Universitetində təhsil almaq hüququna malikdir. Ötən il proqramdan ilk dəfə 61 nəfər məzun olub. INHA Universitetində 4-cü tədris ili üzrə təhsil alan 83 tələbə isə bu ilin yay aylarında növbəti məzunlar kimi Azərbaycana dönəcəklər.

1 /1

Şərhlər

Xəbər lenti

12 may, 19:00

Marsın dərinliyində su hövzəsi tapılıb

12 may, 17:18

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlandı

12 may, 17:08

Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ

12 may, 17:01

Rektor: Uzun illər gizli saxlanılan, təhrif edilmiş hadisələr əsl qiymətini alır

12 may, 17:00

80 illik müəllim və alim ömrünün salnaməsi

12 may, 16:44

Vətənimə hüquq üzrə layiqli xidmət göstərmək istəyirəm – Naxçıvan məktəblilərinin uğuru

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:25

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

12 may, 10:55

"Heç vaxt tənbəllik etmədim" – RFO qaliblərinin təəssüratları

12 may, 10:53

Naxçıvanda I siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə başlanılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.