Bütün xəbərlər
12 may, 16:44

Naxçıvan məktəbliləri  Respublika fənn olimpiadasında (RFO) uğurlu nəticə əldə ediblər. 

“Azərbaycan müəllimi” həmin şagirdlərin uğurlarını bölüşmək üçün onlarla həmsöhbət olub. Bu şagirdlərdən biri Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Fatimə Zeynallıdır. 

“Biliyi bacarığa çevirmək üçün səy göstərmək lazımdır”

Fatimə Azərbaycan dili və ədəbiyyat fənni üzrə II yerin qalibi olub. Gümüş medal qazanan şagird uğur qazandığı üçün çox sevincli və qürurlu olduğunu deyir: “Bu olimpiadada göstərdiyim səylərin nəticəsini görmək məni çox sevindirir. Mən bir çox bilik yarışlarında, inşa yazı müsabiqələrində uğurla iştirak etmişəm. Yarışlara planlı və sistemli şəkildə, vaxtımı düzgün bölərək hazırlaşmağımın uğur qazanmağımda çox böyük rolu var. Dərslərin hər birinə ayrıca vaxt ayırmaqla yanaşı, mövzuları  təkrarlamaq və təkmilləşmək üçün də vaxt ayırmaq lazımdır”. 

Fatimə gələcəkdə hüquqşünas olmaq istəyir: “İstəyirəm ki, vətənimə hüquq üzrə layiqli xidmət göstərim. Bu sahəyə marağım var”. 
O, liseydə şagirdlərin təhsili üçün hər cür şəraitin yaradıldığını da deyir: ”Həm məktəb rəhbərliyi, həm də müəllimlərimiz bizim uğur qazanmağımıza çox böyük dəstək göstərirlər. Mənim bu uğuru əldə etməyimdə müəllimlərimin və valideynlərimin əməyi danılmazdır. Yaşıdlarıma tövsiyəm odur ki, dərslərini planlı və sistemli şəkildə oxusunlar, onların hər biri üçün ayrıca vaxt ayırsınlar. Biliyi bacarığa çevirmək üçün səy göstərmək lazımdır. Əldə edilən uğurun səbəbi çox çalışmaq, bacarığına inanmaq və əzmkar olmaqdır”.

“Uğurun sirri davamlı zəhmət, səbir və öz üzərində çalışmaqdadır”

RFO-nun digər qalibi Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbin XI sinif şagirdi Oruc Heydərovdur. O, riyaziyyat fənni üzrə III yerin qalibi olaraq bürünc medal qazanıb. Oruc Heydərov Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üzrə keçirilən buraxılış imtahanında da yüksək nəticə göstərərək 281.2 bal toplayıb.

Oruc gələcək hədəfinin kompüter mühəndisliyi olduğunu deyir: “Gələcək planım bu sahədə dərin biliklər əldə etmək və innovativ layihələrdə iştirak etməkdir. Bakı Ali Neft Məktəbində bu istiqamətdə təhsil almaq istəyirəm. Bu sahəyə marağım uşaq yaşlarımdan başlayıb. Əvvəlcə sadə məntiq tapşırıqlarını həll etməkdən zövq alırdım, sonra bu maraq daha da dərinləşdi. Valideynlərim də mənə dəstək oldular, amma seçimimi özüm etmişəm”.

2022-ci ildə SASMO olimpiadasında bürünc medal qazanan Oruc əlavə edir ki, ona məktəbdə müəllimləri dəstək olur: “Müəllimlərim mənim potensialımı görüb əlavə dərs və resurslarla kömək edirlər. Uğur qazanmış biri kimi yaşıdlarıma deyə bilərəm ki, məqsədlərindən yayınmasınlar, daim çalışsınlar və özlərinə inansınlar. Uğurun sirri davamlı zəhmət, səbir və öz üzərində çalışmaqdadır”.

Gənclərimizlə söhbətləşdikcə sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcəyimiz bir gənc nəslin yetişdiyinin şahidi oluruq. Bu isə həm sevindirici, həm də qürurvericidir.

1 /1

Şərhlər

Xəbər lenti

12 may, 19:53

NASA Ayın səthində oksigen əldə edib

12 may, 19:00

Marsın dərinliyində su hövzəsi tapılıb

12 may, 17:18

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlandı

12 may, 17:08

Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ

12 may, 17:01

Rektor: Uzun illər gizli saxlanılan, təhrif edilmiş hadisələr əsl qiymətini alır

12 may, 17:00

80 illik müəllim və alim ömrünün salnaməsi

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:25

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 12:11

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

12 may, 10:55

"Heç vaxt tənbəllik etmədim" – RFO qaliblərinin təəssüratları

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.