Bütün xəbərlər
12 may, 15:25

Uşaqlar yalnız ailələrin deyil, bütün cəmiyyətin ümumi məsuliyyətidir. Buna görə də onların həyatı, sağlamlığı və rifahı hər bir toplum üçün əsas olmalıdır. Erkən yaşlardan əldə edilən bacarıqlar, xüsusilə ilkin tibbi yardım sahəsindəki bilik və təcrübələr uşaqların təkcə məktəb mühitində deyil, həm də gələcək həyatlarında böyük əhəmiyyət daşıyır. İlkin tibbi yardım bacarıqlarının uşaqlara erkən yaşda öyrədilməsi onların özlərini daha təhlükəsiz və güvənli hiss etmələrinə səbəb olur. Bu həm də onların sağlam şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. 

Bəs bunun üçün məktəblərdə hansı maarifləndirmə işləri görülməlidir?

“Ətrafındakı şəxslər ilkin tibbi yardım qaydalarını bilirlərsə, bu, həyat qurtarıcı ola bilər”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Ümidli gələcək” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova “Azərbaycan müəllimi”nə bildirib ki, məktəb uşaqların günlərinin böyük hissəsinin keçirdiyi məkandır. Burada onlar təhsil alır, ünsiyyət qurur, inkişaf edir, dincəlir və sosial münasibətlər formalaşdırırlar: “İnsanların sıx toplaşdığı hər bir məkanda olduğu kimi, məktəblərdə də fövqəladə hallar baş verə bilər. Bu kimi hallara travma, yıxılma, astma və epilepsiya tutmaları, allergik reaksiya, huşsuzluq, ümumi halsızlıq və digər sağlamlıq problemləri daxildir. Lakin təcili tibbi yardımın dərhal hadisə yerinə gəlməsi hər zaman mümkün olmur. Belə hallarda uşaqların ətrafında yalnız məktəb heyəti və şagirdlər olur. Əgər həmin şəxslər ilkin tibbi yardım qaydalarını bilirlərsə, bu, həyat qurtarıcı ola bilər”.
Kəmalə Aşumova vurğulayıb ki, çox zaman məktəblərdə baş verən hadisələr zamanı nə müəllimlər, nə də şagirdlər ilkin yardım göstərə, hətta bəzən psixoloji gərginlik, qorxu və təşviş səbəbindən heç bir reaksiya verə bilmirlər: “Bu səbəbdən ilkin tibbi yardım bacarıqlarına yiyələnmək son dərəcə vacibdir. Belə bacarıqların olmaması panika və çaşqınlıq yarada, vəziyyəti daha da ağırlaşdıra bilər. Halbuki sadə və əsas yardım bilikləri insan həyatını xilas edə və təcili tibbi yardım xidməti gələnədək vəziyyətin stabilləşməsinə kömək edər. Eyni zamanda, yardım göstərən şəxsdə özünəinam formalaşdırar və məktəbdə daha təhlükəsiz mühitin yaranmasına zəmin yaradar”.

“Yuxarı sinif şagirdlərinə də ilkin yardım bilikləri öyrədilməlidir ki, ehtiyac yarandıqda onlar da yardım edə bilsinlər”

Onun fikrincə, məktəblərdə ilk yardım üzrə icbari təlimlərin təşkili qayğı, məsuliyyət və həyatda baş verə biləcək gözlənilməz hadisələrə hazırlıq mədəniyyətinin formalaşmasına xidmət edir: “İlk tibbi yardım göstərmək bacarığı mütəxəssislər gəlməmişdən əvvəl uşaq və böyükləri qorumağın mühüm yoludur və bu məsuliyyət birbaşa olaraq uşaqlarla işləyən şəxslərin üzərinə düşür. Belə ki, məktəblərdə ilkin tibbi yardım göstərilməsi ilə bağlı maarifləndirmə işləri sistemli və davamlı şəkildə aparılmalıdır. Əvvəla, müəllimlərin və məktəb heyətinin təcili və gözlənilməz hallara hazırlığı təmin edilməli, onlara ilkin yardım bacarıqları öyrədilməlidir. Bu məqsədlə mütəmadi olaraq təlimlər təşkil edilməli, müəllimlər beynəlxalq standartlara uyğun proqramlarla tanış olmalı və praktik bacarıqlar əldə etməlidirlər. Eyni zamanda, yuxarı sinif şagirdlərinə də sadə və yaşlarına uyğun ilkin yardım bilikləri öyrədilməlidir ki, ehtiyac yarandıqda onlar da yardım edə bilsinlər. Məktəbin müxtəlif guşələrində ilk yardım qaydaları ilə bağlı lövhələr, sadə izahlar və vizual materiallar yerləşdirilməlidir ki, bu məlumatlar daim hər kəsin diqqətində olsun. Siniflərdə və ümumi istifadə yerlərində yerləşdirilmiş ilk yardım qutularının yerini göstərən nişanlar və bu qutulardan necə istifadə olunacağına dair təlimatlar da əlçatan olmalıdır. Həmçinin şagirdlər və müəllimlər üçün hazırlanmış maarifləndirici videoçarxlar, qısa filmlər və interaktiv dərslər vasitəsilə ilkin tibbi yardım mövzusunda biliklərin aşılanması bu sahədə bilik səviyyəsinin artmasına kömək edər. Bütün bu tədbirlər məktəbdə sağlam və təhlükəsiz mühitin formalaşmasına, eyni zamanda, fövqəladə hallarda panika və çaşqınlığın qarşısının alınmasına şərait yaradar”.

Kəmalə Aşumova qeyd edib ki, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi 2019-cu ildən Amerika Ürək Assosiasiyasının (AHA) Beynəlxalq Təlim Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda rəsmi olaraq bir sıra beynəlxalq sertifikatlaşdırılmış təlim kursları həyata keçirir: “Son 5 il ərzində bu kurslarda 2000-dən çox uşaq, valideyn, tələbə, həkim, polis əməkdaşı, mina təmizləmə mütəxəssisi, müəllim və digər sahələrdə çalışan şəxslər iştirak edib. Kursu uğurla bitirən iştirakçılara 2 il müddətində qüvvədə olan, beynəlxalq səviyyədə tanınan “AHA” sertifikatları təqdim olunur. Təlimlər interaktiv şəkildə, müxtəlif manekenlər, sadə tibbi cihazlar və avtomatlaşdırılmış defibrilyator vasitəsilə keçirilir. Burada uşaqlara, körpələrə və böyüklərə ilkin yardım göstərmək qaydaları aşılanır.
“Ümidli gələcək” olaraq inanırıq ki, bu təcrübəni daha geniş miqyasda tətbiq etmək və ümumtəhsil müəssisələrində təhlükəsiz mühit yaratmaqla uşaqların sağlam inkişafına töhfə verə bilərik”.

Şərhlər

Xəbər lenti

12 may, 19:53

NASA Ayın səthində oksigen əldə edib

12 may, 19:00

Marsın dərinliyində su hövzəsi tapılıb

12 may, 17:18

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlandı

12 may, 17:08

Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ

12 may, 17:01

Rektor: Uzun illər gizli saxlanılan, təhrif edilmiş hadisələr əsl qiymətini alır

12 may, 17:00

80 illik müəllim və alim ömrünün salnaməsi

12 may, 16:44

Vətənimə hüquq üzrə layiqli xidmət göstərmək istəyirəm – Naxçıvan məktəblilərinin uğuru

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 12:11

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

12 may, 10:55

"Heç vaxt tənbəllik etmədim" – RFO qaliblərinin təəssüratları

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.