Bütün xəbərlər
12 may, 17:01

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin Qərbi Azərbaycana həsr etdiyi “Zəngəzur Yurdum Mənim” adlı tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbirdən öncə Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında yallı təqdim edilib. Sonra universitetin İncəsənət fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Qərbi Azərbaycana həsr olunmuş əsərlər maraqla qarşılanıb.  

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri Elbrus İsayev qeyd edib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib:"Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi olub".

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycan yeni reallıqlar formalaşdırır. Vurğulanıb ki, Ulu Öndərin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ata vəsiyyətinə əməl edərək torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Bu gün keçirilən tədbir də həmin konsepsiyaya mədəniyyət baxımından yanaşmanın bir nümunəsidir. 

Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, professor Mahirə Nağıqızı qeyd edib ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. 

Tədbirin bədii hissəsində Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin əslən Zəngəzurdan olan müəllim və şagird heyətinin ifasında “Dərələyəz”, “Tarantella”, “Sarı gəlin”, “Sirli bağ”, “Azərbaycan”, “Dilican” və digər musiqi nömrələri ifa olunub.

Tədbirin sonunda Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin kollektivi Fəxri Fərmanla təltif edilib, xatirə fotosu çəkilib.

1 /15

Şərhlər

Xəbər lenti

12 may, 19:00

Marsın dərinliyində su hövzəsi tapılıb

12 may, 17:18

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlandı

12 may, 17:08

Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ

12 may, 17:00

80 illik müəllim və alim ömrünün salnaməsi

12 may, 16:44

Vətənimə hüquq üzrə layiqli xidmət göstərmək istəyirəm – Naxçıvan məktəblilərinin uğuru

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:25

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 12:11

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

12 may, 10:55

"Heç vaxt tənbəllik etmədim" – RFO qaliblərinin təəssüratları

12 may, 10:53

Naxçıvanda I siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə başlanılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.