Bütün xəbərlər
14 may, 12:22

Təhsil Tələbə Krediti Fondu (TTKF) regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verib. Lənkəran Dövlət Universitetinin (LDU) 1 saylı tədris korpusunun akt zalında təşkil edilən tədbirdə tələbələr, müəllimlər və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, tədbiri Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, TTKF-in əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından danışıb.

Təhsil Tələbə Krediti Fondunun baş mütəxəssisi Mirşahin Abdullayev mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması, əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir, həmçinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, sosial və standart olmaqla iki növü mövcuddur. Güzəştli şərtlərlə verilən sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrdən olan tələbələr istifadə edə bilər. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlərin tətbiq olunuduğu, həmçinin tələbənin krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytaracağı diqqətə çatdırılıb.

Tədbir iştirakçıları təhsil tələbə kreditlərinin verilməsi, tələbə portalından istifadə qaydaları haqqında ətraflı təlimatlandırılıb, onlara kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə tələbə kreditindən yararlana biləcəyi geniş izah edilib. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 /3

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.