Bütün xəbərlər
26 iyun, 11:10

İyunun 25-də Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, “Məzun günü”ndə  ilk öncə  Ümummili lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, Azərbaycanın  müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Məzunlara ilk təbrik LDU-nun  rektoru, professor Natiq İbrahimovdan gəlib.  Rektor tədbir iştirakçılarını salamlayıb, məzunları LDU-nun professor-müəllim heyəti adından təbrik edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıb.

Bildirib ki, bu il LDU-da 1115 bakalavr, 212 magistr olmaqla 1327  nəfər məzun olur. Son 8 ildə tələbələrin sayının  3 dəfəyə yaxın artdığını deyən rektor  qeyd edib ki, bu müddət ərzində universitetdə müasir maddi-texniki avadanlıqlarla təchiz olunmuş 3 tədris binası tikilərək istifadəyə verilib,  baytarlıq klinikasının inşasına başlanılıb. LDU-nun beynəlxalq əlaqələrinin genişlənməsindən danışan prof. Natiq İbrahimov qeyd edib ki, professor-müəllim və tələbə heyətinin mobilliyini təmin etmək məqsədilə həm ölkədaxili ali təhsil, elm və istehsalat müəssisələri ilə ikili əməkdaşlıq, həm də xarici ölkələrin ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda 75 ali təhsil müəssisəsi ilə beynəlxalq əməkdaşlıq müqaviləsinin bağlanıldığını, 20 universitetlə ikili əməkdaşlığın  həyata keçirildiyini deyən prof. Natiq İbrahimov təbrik çıxışında müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlara Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutmağı, onlara bəslənilən etimadı layiqincə doğrultmağı tövsiyə edib, təhsilin modernləşdirilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, hazırlanan kadrların müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini deyib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun  təbrikini icra başçısının müavini Ülviyyə Əliyeva çatdırıb. İcra rəsmisi  məzunları ümummilli liderin adına layiq çalışmağa, azərbaycançılıq ənənəsinə daim sadiq qalmağa, ölkənin rifahı naminə səmərəli fəaliyyətə çağırıb. LDU ilə Lənkəran Şəhər İcra Hakimiyyəti arasında son illərdə yaranan səmərəli əməkdaşlıqdan, birgə keçirilən elmi konfranslardan söz açan Ülviyyə Əliyeva  bu ali təhsil ocağının bölgənin sosial-mədəni inkişafındakı artan rolunu xüsusi vurğulayıb.

Tədbirə qatılan millət vəkillləri Fariz İsmayılzadə, Məşhur Məmmədov da məzunların sevinclərinə şərik çıxaraq onlara gələcək həyat yollarında uğurlar arzu ediblər. Millət vəkilləri çıxışlarında LDU-nun son illərdə təhsil və elm sahəsində, beynəlxalq əməkdaşlıq istiqamətində və s. sahələrdə qazandığı  uğurlardan söz açaraq bu universitetin daha çox məzunun işlə təmin olunmasını böyük nailiyyət kimi dəyərləndiriblər.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, məzun Aynur Mehdiyeva, valideyn Aliyə Axundova da  çıxışlarında məzunlara xoş arzularını çatdırıblar.

Məzun günündə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Elşad Novruzov,  Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov və digər şəxslər iştirak ediblər.

Tədbirdə təhsilini uğurla başa vuran məzunlar mükafatlandırılıb. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların  bir qrupuna bakalavr və magistr diplomları,  xatirə hədiyyələri, universitetin xarici tələbələrinə təhsildə fərqləndiklərinə görə sertifikatlar təqdim olunub.

Tədbir tələbələrin ifasında maraqlı konsert proqramı ilə yekunlaşıb.

1 /1

Şərhlər

Xəbər lenti

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

25 iyun, 15:49

“Sertifikatlaşdırma müəllimlərin məsuliyyətini daha da artırır”  

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.