Bütün xəbərlər
26 may, 18:20

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir. 

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.

Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Qeyd edək ki, qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.

  1. Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;
  2. Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
  3. Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
  4. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  5. Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
  6. Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
  7. Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
  8. Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
  9. Bakı şəhəri, Texniki humanitar lisey;
  10. Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;
  11. Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
  12. Sumqayıt şəhər, ‘İstedad’ liseyi;
  13. Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
  14. Sumqayıt şəhər, “Təfəkkür” liseyi;
  15. Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
  16. Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
  17. Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
  18. Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
  19. Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
  20. Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  21. Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  22. Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
  23. Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;
  24. Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;
  25. Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
  26. Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
  27. Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
  28. Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
  29. Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
  30. Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;
  31. Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
  32. Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.