Bütün xəbərlər
26 may, 10:35

Mayın 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təminatı və müdafiə üsulları” mövzusunda elmi-praktik seminar keçirilib. 

MDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetin ikinci tədris binasının kiçik akt zalında təşkil edilən seminarda MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev seminarın əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər hüquqi maariflənmənin artırılması, insan hüquqları sahəsində biliklərin dərinləşdirilməsi və gənclərdə hüquqi mədəniyyətin formalaşdırılması baxımından xüsusi önəm daşıyır. O, ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən sistemli və davamlı islahatlara diqqət çəkərək bu islahatların beynəlxalq hüquq normalarına uyğun şəkildə aparıldığını vurğulayıb. V.Mustafayev bu tədbirin tələbə və gənclərin hüquqi biliklərinin artırılması baxımından faydalı olacağına əminliyini ifadə edib və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra seminar iştirakçılarına insan hüquq və azadlıqlarına dair maarifləndirici videoçarx təqdim olunub.

Ardınca tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun hüquqşünası Polad Atayev “İnsan və vətəndaşın əsas hüquq və azadlıqları, onlara dövlət təminatı”, müəllim Şəlalə Quliyeva “Azərbaycan multikulturalizmi və insan hüquqları modeli”, tələbələrdən Murad Əmirbəyov “Konstutusiyamız milli etnosların hüquq və azadlıqlarının təminatının qarantıdır” və Aslan Yunusov “Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dövlət qayğısı” mövzusunda məruzələrlə çıxışlar ediblər.

Seminar interaktiv müzakirələrlə davam edib. Tələbələrin hüquqi sualları cavablandırılıb, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

1 /8

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.