Bütün xəbərlər
22 may, 22:05

Mingəçevir Dövlət Universiteti (MDU) “Cisco Networking Academy” ilə strateji əməkdaşlığa başlayıb və bununla da  regionda ilk beynəlxalq IT təlim mərkəzi istifadəyə verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı bu gün MDU qlobal texnologiya nəhəngi sayılan “Cisco”nun təhsil platforması - “Cisco Networking Academy” ilə rəsmi əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb.

Bu əməkdaşlıq nəticəsində MDU regionda “Cisco Networking Academy” platformasına qoşulan ilk ali təhsil müəssisəsi olub.

Protokol MDU-nun rektoru professor Anar Eminov və “Cisco Networking Academy”nin Azərbaycandakı rəsmi partnyoru olan “NetLine Technology” MMC-nin direktoru Fərid Əmirov tərəfindən imzalanıb. 

Anar Eminov “Azərbaycan müəllimi”nə bildirib ki, bu əməkdaşlıqla MDU regionun rəqəmsal transformasiya mərkəzinə çevrilir: "Mingəçevir Dövlət Universiteti olaraq biz informasiya texnologiyaları sahəsində müasir, rəqabətədavamlı və qlobal meyarlara uyğun bir təhsil modelinə keçidi əsas prioritetlərimizdən biri müəyyən etmişik. Bu əməkdaşlıq sayəsində artıq tələbə və müəllim heyətimiz dünyanın ən qabaqcıl IT platformasına birbaşa  çıxış imkanı əldə edəcək”.

Rektor qeyd edib ki, universitetdə “Cisco NetAcad” proqramına uyğun olaraq CCNA, “CyberOps”, “Python Essentials”, “Cloud Security”, “Linux Essentials”, konteyner texnologiyaları, DATA elmi (Data Science) kibergigiyena və digər ixtisaslaşdırılmış modulların tədrisi nəzərdə tutulur. Bu fənlər “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi” və “Kompüter elmləri” ixtisaslarının fənn proqramlarına daxil ediləcək.

Fərid Əmirov “Azərbaycan müəllimi”nə deyib ki, Cisco Akademiyasının təlimləri artıq MDU-da yalnız yerli deyil, beynəlxalq tədris materialları əsasında keçiriləcək. Fənn proqramları “Cisco”nun rəsmi kursları ilə uyğunlaşdırılacaq və bu, tələbələrin daha yüksəkkeyfiyyətli və tətbiq yönümlü təhsilinə imkan yaradacaq. Müəllim heyəti “Cisco” tərəfindən təlimlərə cəlb olunaraq rəsmi “Instructor” statusu alacaq və bu status onlara beynəlxalq səviyyədə təlim keçmək hüququ verəcək. Eyni zamanda, tələbələr “Cisco NetAcad” platforması vasitəsilə beynəlxalq sertifikatlar əldə etmək və qlobal IT bazarında karyera qurmaq imkanına sahib olacaqlar.

Fərid Əmirov əlavə edib ki, MDU-da qurulan ilk laboratoriya yalnız universitet daxilində deyil, ətraf rayonlarda yerləşən təhsil müəssisələri üçün də açıq olacaq. Bu laboratoriya gələcəkdə regional IT mərkəzə çevriləcək və şagirdlərdən tutmuş peşə məktəblərinin tələbələrinə qədər geniş kütləyə texnoloji bacarıqlar qazandıracaq.

1 /8

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.