Bütün xəbərlər
1 aprel, 19:17

Adında güc və qüvvət simvolunu daşıyan Tunarın aprelin 20-də 14 yaşı olacaq. O, Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin 7-ci sinfində təhsil alır. Tunar Sultanzadə bu yaxınlarda sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində Azərbaycan çempionatının qalibi olub. 

“Azərbaycan müəllimi” qalib şagirdlə görüşərək onun fikirlərini öyrənib. 

“İdman dərslərimə mənfi təsir etmir” 

Əksər idmançı kimi Tunar da danışmağı sevmir. Onun gücü dilində yox, qolundadır. Bununla belə, idmançı olduğuna görə məktəbdə şagirdlərin ona çəkinərək yox, hörmətlə yanaşdığını bildirir: “Məktəb təhsil ocağıdır, dava yeri deyil, burada yalnız qələm və kitab olmalıdır”.

Tunar məktəbi orta səviyyədə oxuyur və riyaziyyat fənnini sevir. O, idmanın dərslərinə mənfi təsir etmədiyini, əksinə, məktəbinin adını yüksəltməyə kömək etdiyini vurğulayır.

“Özümə güvəndim və qalib gəldim”

5 yaşından güləşlə məşğul olmağa başlayan Tunar deyir ki, atasının da güləşçi olması onun bu idman növünə marağını daha da artırıb. O, U15 Azərbaycan çempionatında qazandığı qızıl medalda məşqçisi Elçin Həsənovun əziyyətinin böyük olduğunu deməyi də unutmur:

“Elçin Həsənov çox yaxşı məşqçidir. O, hər zaman mənə güvən hissi bəxş edib və “sən bacaracaqsan!” deyərək məni həvəsləndirib. Final görüşündə Ruslan Mirzəyevlə mübarizə çətin oldu, amma özümə güvəndim və qalib gəldim!”.

"Bundan daha yüksək yerlərdə olacağıma inanıram", - deyən gənc idmançı gələcəkdə dünya və Olimpiya çempionu olmağı hədəfləyir. Məşq günlərində müəlliminin göstərdiyi xüsusi fəndlərə və fiziki hazırlığına xüsusi diqqət yetirərək özünü bu sahədə inkişaf etdirir. 
Gələcəkdə güləşə davam edəcəyini deyən Tunarın idmana olan sevgisi onun bu yolda daha yüksək zirvələrə çatmasına səbəb olacaq. Üçrəngli bayrağımızı ən ali kürsülərdən dalğalandıracağına inanırıq, Tunar!

1 /3

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.