Bütün xəbərlər
28 yanvar, 10:13

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı ümumi təhsil müəssisələrində şagirdlərin tərbiyəsinə rəhbərlik edir, onların milli-mənəvi dəyərlər əsasında formalaşmasını, hüquq və sosial məsuliyyətlərinin inkişafını təmin edir. Bu vəzifə yüksək məhsuldarlıqla komanda işi təşkil etməyi, müasir təlim-tərbiyə metodlarını və pedaqoji elmin nailiyyətlərini tətbiq etməyi, təhsil qanunvericiliyini dərindən bilməyi tələb edir. Təşkilatçı müəllimlər, valideynlər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, tədris və tərbiyə prosesinin keyfiyyətinin artırılması, eləcə də məktəb daxilində sağlam korporativ mühitin formalaşdırılmasına yönəlmiş fəaliyyətlər həyata keçirir.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarında ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir.

O, gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Bununla yanaşı, təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı genişmiqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir.

Təşkilatçı həmçinin aşağıdakıları bilməlidir:

- “Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; 
- Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasını;
- təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; 
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; 
- məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir təhsil proqramlarının hazırlanmasını; 
- qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını;
- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; 
- tərbiyənin tədrislə vəhdətini; 
- fəal təlim, sosial-psixoloji ünsiyyət metodlarını; 
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ümumilikdə, təşkilatçı yüksək produktivliklə komanda işini və məktəbin inkişaf etdirilməsi zəruri olan sahələrini müəyyən edərək nəticəyönümlü fəaliyyəti təşkil etməlidir. Müəllimlər, sinif rəhbərləri və psixoloqla sıx əməkdaşlıq, valideyn və şagirdlərlə müntəzəm görüşlər keçirmək, rəhbərliyin qərarına əsasən məktəbi müxtəlif tədbirlərdə təmsil etmək və il ərzində fəaliyyət planına uyğun məktəbdaxili tədbirlərin təşkilində iştirak etmək təşkilatçının əsas öhdəlikləridir. Həmçinin müxtəlif plan və proqramların hazırlanmasında iştirak etmək və prosesə rəhbərlik etmək, müəllimlərin peşəkar inkişafı üçün imkanlar müəyyən etmək, şagirdlərdə həyati bacarıqların inkişafı üçün yeni yanaşmalar tətbiq etmək və yerli və beynəlxalq təcrübələri araşdıraraq onları məktəbə inteqrasiya etmək, məktəb daxilində sağlam və korporativ mühitin yaradılmasında fəal iştirak təşkilatçıdan gözlənilən fəaliyyətlərdir.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.