
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) ilə birgə “Məktəbəqədər təhsildə liderlik” proqramı II çağırış üzrə sənəd qəbulu elan edir.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, proqram müasir çağırışlara cavab verən məktəbəqədər təhsil müəssisələri (MTM) idarəçilərinin və liderlərinin hazırlanmasını hədəfləyir.
Proqramda iştirak üçün tələblər:
- Pedaqoji sahədə ali təhsil;
- Dövlət məktəbəqədər təhsil müəssisəsində ən azı 3 il pedaqoji təcrübə.
İştirakçıların seçimi 2 mərhələdə (elektron sənəd qəbulu və müsahibə) həyata keçiriləcək.
1 ay (60 saat) davam edəcək proqram ərzində aşağıdakı mövzularda həftəiçi beş gün təlimlər keçiriləcək.
- MTM-in idarə olunması və liderlik;
- MTM-də heyətin idarə edilməsi;
- Təlim-tərbiyə işinin təşkili və idarə edilməsi;
- MTM-də sağlam psixoloji mühitin formalaşdırılması;
- İnkluziv təhsil;
- Sağlamlıq, təhlükəsizlik və rifah;
- MTM-də daxili keyfiyyət sisteminin qurulması;
- MTM-də sənədlərlə iş
Proqram üzrə dərslərin Bakı, Abşeron və Sumqayıtdan olan iştirakçılar üçün əyani, digər regionlardan olan iştirakçılar üçün isə, əsasən, onlayn olmaqla hibrid formada təşkil olunması planlaşdırılır.
Proqramda iştirak etmək istəyən şəxslər 28 iyun 2025-ci il tarixinədək qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat linki: https://forms.office.com/r/brwKf8xWSb
Əlavə məlumat üçün mtm.idarecileri@adpu.edu.az imeylinə yaza bilərsiniz.
Proqramda iştirak ödənişsizdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər