Bütün xəbərlər
28 mart, 12:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri "Məktəbəqədər və ibtidai təhsil" jurnalı beynəlxalq səviyyədə nüfuzlu elmmetrik platformalardan biri olan “Web of Science – PUBLONS” (ResearcherID: MTD-9411-2025) sistemində qeydiyyata alınıb. Bu barədə “Azərbaycan müəllimi”nə jurnalın baş redaktoru Böyükağa Mikayıllı məlumat verib.

O, qeyd edib ki, jurnalın bu sistemdə qeydiyyata alınması “Web of Science” bazasına üzvlük yolunda ciddi irəliləyişdir. Jurnalın sistemdə qeydiyyata alınması onun qlobal elmi nüfuzunun daha da yüksəlməsinə, beynəlxalq inteqrasiyasına və tədqiqatçıların işlərinin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verəcək. Məlumat üçün bildirək ki, “Clarivate Analytics” tərkibində fəaliyyət göstərən “Web of Science” platforması elmi məqalələrin beynəlxalq indeksləşdirilməsi və sitat gətirilməsi üçün əsas bazalardan biridir. Bu platforma elmi fəaliyyətin sistemli izlənilməsi və təsdiqlənməsi, redaksiya heyətində iştirak və elmi məqalələrə istinadların izlənməsi, konfrans və simpozium çıxışlarının indekslənməsi, qlobal elmmetrik bazalarda elmi əsərlərə istinadların analizi kimi mühüm işləri icra edir.

“Publons” platforması (hazırda “WoS” sisteminin tərkib hissəsidir) elmi ekspertiza prosesinin şəffaflığını artırır və elmi rəyçilərin fəaliyyətini tanıtmağa imkan verir. “WoS” eyni zamanda  jurnalların indekslənməsi üçün ciddi seçim meyarları tətbiq edir. Bu da yalnız yüksək keyfiyyətli və akademik etibarlı jurnalların bazaya daxil olmasını təmin edir.

2025-ci ildən etibarən "Məktəbəqədər və ibtidai təhsil" jurnalı bu imkanları müəlliflər üçün təmin edəcək, onların tədqiqatlarının beynəlxalq elmi ictimaiyyətdə tanınmasına və daha çox istinad edilməsinə dəstək olacaq.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.