Bütün xəbərlər
26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyini gücləndirmək məqsədilə Cəlilabad şəhəri akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin IX sinif şagirdləri İmran İbrahimov və Asif Alızadə tərəfindən hazırlanan “SafeHelm” layihəsi “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində gümüş medala layiq görülüb. Elmi rəhbərləri fizika müəllimi Vasif Əliyevin dəstəyi ilə reallaşdırılan bu layihə motosiklet kaskalarının müasir texnologiyalarla təkmilləşdirilməsini nəzərdə tutur.

Layihə ilə bağlı “Azərbaycan müəllimi”nə danışan İmran İbrahimov deyir ki, motosiklet qəzaları avtomobil qəzalarına nisbətən daha ciddi və ağır nəticələrə yol açır. Bunun əsas səbəblərindən biri kaskaların texnoloji baxımdan yetərsiz olmasıdır. “SafeHelm” kaskası təhlükəsizliyi artırmaq üçün bir sıra innovativ xüsusiyyətlərə malikdir. “SafeHelm” kaskaları karbon liflərindən hazırlanıb və içində akselerometr, su sensoru və şüşəni silən avto silici olmaqla ventilasiya üçün fan və ona bağlanmış termal sensor, həmçinin blutuz girişi və qəza zamanı SOS yardım siqnalı göndərmək qabiliyyətinə malikdir. Şagirdlər söyləyirlər ki, bu əlavələrin motosiklet sürücülərinin təhlükəsizliyini və komfortunu artıracağından əmindirlər.

Asif Alızadə qələbəyə olan inamını və gələcək planlarını bölüşür: “Layihə üzərində işləyərkən hər zaman yüksək motivasiyalı olduq. Hədəfimiz gələcəkdə bu layihəni daha da inkişaf etdirib beynəlxalq səviyyədə təqdim etməkdir”.

Layihənin elmi rəhbəri və fizika müəllimi Vasif Əliyev şagirdlərinin uğurlarından qürur duyduğunu bildirir: “SafeHelm” layihəsi texnoloji yeniliklər baxımından olduqca perspektivlidir.

“Sabahın alimləri” müsabiqəsi şagirdlərin araşdırma, tədqiqatçılıq bacarıqlarını artırmaqla yanaşı, onlara mövzu olaraq işlədikləri real problemlərə innovativ həll yolları tapmaq imkanı yaradır. Bu təcrübə onların gələcək elmi fəaliyyətləri üçün böyük bir stimul olacaq”.

1 /1

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.