Bütün xəbərlər
3 aprel, 17:03

“Aprelin 3-də Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə insident baş verib. 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib”.

Bu barədə “Azərbaycan müəllimi”nin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə ünvanladığı sorğuya cavab olaraq bildirilib. 

Qeyd edilib ki, sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, Goranboyda orta məktəbdə insident baş verməsi ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Rzayeva saxlanılıb.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.