Bütün xəbərlər
4 aprel, 17:01

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində məktəb, lisey və kollec müəllimlərindən və inzibati işçilərindən ibarət olan komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika çempionatını elan edir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, canlı final oyunu Bakı şəhərində 27 apreldə keçiriləcək. Finalda maksimum 30 komanda iştirak edəcək. Müraciət edən komandaların sayı bu rəqəmdən artıq olsa, onlayn seçim turu 22 apreldə təşkil olunacaq.

Kimlər iştirak edə bilərlər?

Bütün məktəb, lisey və kollec işçiləri iştirak edə bilərlər. Yaş limiti yoxdur. İştirak üçün uyğun yaş qrupuna aid 6 nəfərdən ibarət komanda təşkil olunmalıdır (1 nəfər kapitan + 5 oyunçu). 

Yarışa qeydiyyat necə aparılır?

Komandaların qeydiyyatı onlayn aparılır. Komanda üzvlərin bir təhsil müəssisəsindən olması mütləq deyil. Qeydiyyat üçün son tarix – 20 aprel saat 18:00-dır. 

Bütün qeydiyyatdan keçən komandaların kapitanlarına 21 apreldə qeydiyyat vaxtı göstərdikləri elektron ünvanlarına məktub göndəriləcək. Həmin məktubda oyuna qoşulma qaydaları izah olunacaq. Əgər 21 aprel 23:59-dək kapitan elektron poçt qutusunda bizdən cavab görmürsə, deməli ya: 

• Qeydiyyat formasında imeylin yazılışında hərf səhvləri var;

• İmeyl dolub və əlavə məktublar qəbul etmir;

• Cavab məktubu “spam” qovluğuna düşüb.

Qeydiyyat üçün seçdiyiniz imeyli əvvəlcədən yoxlayın, onu işlək olduğuna əmin olun. 

Seçim turu necə olacaq?

Qeydiyyatdan keçən komandaların sayı 30-dan artıq olarsa, seçim turu təşkil olunacaq. Seçim turunda bütün qeydiyyatdan keçən komandalar iştirak edə bilər. Seçim 22 aprel saat 21:00-da “Təhsil Oyunları Platformasının” “YouTube” kanalında onlayn keçiriləcək. Seçim 2 tur, hər turda 12 sualdan ibarət olacaq. Əgər bir neçə komanda eyni suala cavab versə, əlavə göstəricilərdən istifadə olunacaq (sualların reytinqi).

Final necə keçiriləcək?

Final 27 apreldə Bakı şəhərində “Landmark” otelində təşkil olunacaq. Günün ilk yarısında bütün finalçılar “Nə? Harada? Nə zaman?” oyununda iştirak edəcəklər.  

Qeydiyyat formasını doldurmaq üçün link: https://shorter.me/l_5Gx 

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.