Bütün xəbərlər
19 avqust, 10:19

ABŞ-nin kosmik agentliyi NASA iqlim dəyişikliyi üzrə apardığı tədqiqatları dayandıracağını açıqlayıb və bundan sonra yalnız kosmik kəşfiyyata yönələcəyini bildirib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumatı NASA-nın icraçı direktoru Sin Daffi “Fox Business” televiziya kanalına verdiyi müsahibədə açıqlayıb.

O bildirib ki, NASA-nın məqsədi dünyanı araşdırmaq deyil, kəşf etməkdir.

Mütəxəssislər bu qərarı ABŞ Prezidenti Donald Trampın uzun müddətdir iqlim dəyişikliyini inkar etməsi fonunda gözlənilən addım kimi qiymətləndirirlər.

Trump administrasiyası həmçinin iqlim məlumatları toplayan iki peykin fəaliyyətini dayandırmaq və NASA-nın veb-saytında vacib iqlim məlumatlarını yerləşdirməyə qadağa qoymaq qərarı verib.

NASA-nın iqlim tədqiqatlarından çəkilməsi agentliyin uzun illər ərzində planetimizin təbii sistemlərini öyrənməkdəki əhəmiyyətli rolunu nəzərə alanda diqqət çəkir.

Ekspertlər bildirirlər ki, bu qərar gələcəkdə gözlənilməz nəticələrə səbəb ola bilər.

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.