
Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəssisələrində məzunlara attestatların verilməsinə başlanılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2024-2025-cü tədris ilində Muxtar Respublikanın təhsil müəssisələrinin IX siniflərini 4752, XI siniflərini isə 3992 məzun bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 196, tam orta təhsil səviyyəsi üzrə isə 277 məzun təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Fərqlənmə attestatı ilə bitirən məzunların sayı ötən illə müqayisədə ümumi orta təhsil səviyyəsi üzrə 47, tam orta təhsil səviyyəsi üzrə isə 8 faiz artıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər