Bütün xəbərlər
2 iyun, 17:31

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Pillə 3” Tələbə Tamaşaları Festivalı keçirilib. Festivalda Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası da iştirak edib və Hüseyn Cavidin “Uçurum” əsəri əsasında hazırlanmış tamaşa təqdim olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tamaşanın bədii rəhbəri universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova, quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, NDU-nun İncəsənət fakültəsinin baş müəllimi Kamran Quliyevdir. Tamaşanın rəssamı İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, musiqi tərtibatçısı Azər Cəfərli, rejissor assistenti isə IV kurs tələbəsi Ramal Mansırlıdır.

Səhnə əsərində Tələbə Teatr Studiyasının aktyor-tələbələri rol alıb. Onlar arasında Ramal Mansırlı, Hülya Əliyeva, Yusif Rzayev, Barış Cavadlı, Hüseyn Məmmədli, Ayşən Qaffarlı, Mehrac Rzayev, Məhəmməd Novruzov, Gülay Ağazadə və Burak Məmmədov yer alıblar.

Tamaşada insanın mənəvi böhranı, cəmiyyətin ziddiyyətləri, sevgi və nifrət, haqq və ədalət kimi dərin ictimai-mənəvi mövzular işlənib. NDU Tələbə Teatr Studiyasının bu uğurlu çıxışı festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

1 /2

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.