Bütün xəbərlər
3 iyun, 12:55

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 1975-ci ildə universitetin “Tarix-filologiya” ixtisasını bitirən məzunlar ilə görüşüb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor görüşü çox yaxşı təşəbbüs adlandırıb, məzunlarla işə yüksək önəm verildiyini vurğulayıb. Bu istiqamətdə ali təhsil ocağında Karyera, təcrübə və məzunlarla iş sektorunun fəaliyyət göstərdiyini, Tələbə-Məzun Elektron Məlumat Sistemi Mərkəzinin olduğunu diqqətə çatdırıb. Rektor universitetin tarixi inkişaf yolundan söz açıb, bu gün əldə olunan nailiyyətlərdən və irəlidə gözlənilən yeniliklərdən bəhs edib. Universitetin çoxşaxəli kadr hazırlığı haqqında danışıb və əmək bazarında məzunların müvəffəqiyyət göstəricilərinin yüksəldilməsində maraqlı və təşəbbüskar olduğunu ifadə edib.

Məzunlar adından çıxış edən  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli görüşdə iştirakdan məmnunluq ifadə edib və əlamətdar hadisə kimi yadda qalacağını bildirib. Eynulla Mədətli universitetlə bağlı ötən illərdən unudulmaz xoş xatirələrini bölüşüb, son dövrlər ali təhsil ocağında gedən inkişafı yüksək dəyərləndirib. 

Eyni zamanda, digər çıxış edən məzunlar səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, görüşün yüksək mənəvi mahiyyət daşıdığını ifadə ediblər.

Sonda rektor Elbrus İsayev görüşdən xatirə olaraq Eynulla Mədətliyə kitablar hədiyyə edib.

Bildirilib ki, görüşdən öncə məzunlar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca universitetdə görüş olub və “Tarix” ixtisasının sonuncu kurs tələbələrinə ustad dərsi keçirilib. Görüşdə 1975-ci il məzunları ilə yanaşı, həmin dövrlərdə dərs deyən müəllimlər də iştirak ediblər.

1 /2

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.