Bütün xəbərlər
29 aprel, 11:01

“Beynəlxalq Təlim Aylığı” çərçivəsində aprelin 28-də Böyük Britanyanın Kembric şəhərində yerləşən molekulyar biologiya üzrə “Medical Research Council” laboratoriyasının professoru Qərib Mürşüdov Naxçıvan Dövlət Universitetində olub. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qonaq professor Tibb fakültəsində təşkil olunan tədbirdə “Makromolekulyar kristalloqrafiya və krioyenik elektron mikroskopiyası” mövzusunda təlim keçib.

NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli professor haqqında ətraflı məlumat verib, qeyd edib ki, Qərib Mürşüdov ölkə hüdudlarını adlaya bilmiş alimlərdəndir. O, bioinformatika sahəsində tanınmış mütəxəssis və Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunan ilk azərbaycanlı alimdir. Professor 60-dan çox elmi məqalənin, bir neçə kitab və toplunun müəllifi və həmmüəllifidir. Dünyaşöhrətli alimin elmi işlərinə və hazırladığı proqramlara edilən istinadların sayı 20 mindən çoxdur.

Təlimdə professor Qərib Mürşüdov makromolekulyar kristalloqrafiya və krioyenik elektron mikroskopiyası sahəsində struktur analizləri üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərinin inkişaf etdirilməsi mövzusunda məruzə edib. O həmçinin zülalların üçölçülü quruluşunun öyrənilməsi, zülal ardıcıllığı və funksional məlumatların sərbəst əldə edilə bildiyi UniProt verilənlər bazası barədə məlumat verib. Bununla yanaşı, professorun çalışdığı “Medical Research Council” laboratoriyasının yaranma tarixi və bu laboratoriyanın Nobel mükafatına layiq görülən alimləri haqqında da ətraflı məlumatlar təqdim olunub.

Təlim aktuallığı və məlumatlılığı ilə yadda qalıb, tələbələr onları maraqlandıran suallar ünvanlayıb. Müzakirələrlə davam edən təlimdə professor suallara əhatəli cavablar verərək bir çox elmi bilgiləri iştirakçılar ilə paylaşıb, onun tədqiqatları müəllim-tələbə heyəti üçün maraqlı və zəngin mənbə rolunu oynayıb.

1 /5

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.