Bütün xəbərlər
5 mart, 10:33

Naxçıvan Dövlət Universitetində (NDU) “İnklüziv təhsil: reallıqlar, nailiyyətlər, pespektivlər” mövzusunda I Respublika Elmi konfransı keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, konfrans Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində baş tutub.

4-5 mart tarixlərini əhatə edən konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı, Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsı Nazirliyinin iştirakı ilə təşkil olunub.

Konfransda rəsmi qurumların, təşkilatçı universitetlərin rəhbər heyəti və nümayəndələr, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Lənkəran, Gəncə, Sumqayıt Dövlət universitetlərinin müəllimləri, ölkənin müxtəlif bölgələrindən orta məktəb müəllimləri, muxtar respublika orta məktəblərinin psixoloqları və digər dəvətlilər iştirak ediblər. 

Öncə Dövlət Himni səsləndirilib. Sonra Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Lətifə Quliyevanın sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə hazırladığı “Gələcəyə inam” layihəsinin təqdimatı olub.   

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə konfransı açıq elan edərək, bildirib ki, konfrans müxtəlif əqli və fiziki məhdud imkanlı uşaqların geniş çeşidli tədris fəaliyyətlərinə cəlb edilməsinə dair aparılmış tədqiqatların müzakirə edilməsi, problemin həlli yollarına dair təkliflərin dəyərləndirilməsi məqsədi daşıyır.  

Tədbir Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfovun, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadənin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanovun, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyevin, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Aygün Verdiyevanın çıxışları ilə davam edib.

Natiqlər xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsindən, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılmasından, inklüziv təhsilin tətbiqində real vəziyyət, mövcud problemlər və beynəlxalq təcrübənin ölkə təhsilinə inteqrasiyasından danışıblar. Bildiriblər ki, inklüziv təhsil artıq ölkəmizdə təhsilin ayrılmaz tərkib hissəsini təşkil edir. 

Daha sonra NDU Magistratura və Doktorantura Mərkəzində konfransın panel iclasları başlayıb.

Konfrans dünən və bu gün 3 salonda keçirilir və 16 paneldə bölmə iclasları ilə davam edir. 150 dən çox tədqiqatçı tərəfindən təqdim edilən 140-dək elmi təqdimat müzakirə olunur.  

“İnklüziv təhsil: reallıqlar, nailiyyətlər, pespektivlər” mövzusunda I Respublika Elmi konfransı çərçivəsində Naxçıvan Dövlət Universitetinin İnklüziv Təhsil Mərkəzinin də açılışı olub. Mərkəzin direktoru Taleh Xəlilov qonaqlara mərkəz və avadanlıqlar haqqında məlumat verib. 

Sonda rektor Elbrus İsayev konfransın təşkilində əməkdaşlıq edən dövlət qurumlarına və tərəfdaş universitetlərə plaketlər təqdim edib. 

1 /14

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.