Bütün xəbərlər
24 aprel, 17:16

Naxçıvan Dövlət Universitetində (NDU) 23-24 aprel tarixlərini əhatə edən “İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” mövzusunda II Respublika Elmi konfransının açılış tədbiri keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfrans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin tərəfdaşlığı və 20-dən çox elm-təhsil müəssisəsindən olan tədqiqatçıların, universitetin müəllim-tələbə heyətinin iştirakı ilə təşkil edilib.

Tədbirdən əvvəl İncəsənət fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub.

Universitetdə keçirilən konfransda öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə açılış nitqi söyləyən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın təşkilini yüksək qiymətləndirib, dördüncü sənaye inqilabı dövründə müasir çağırışların rəqəmsal bacarıqları öyrənməyi və yararlanmağı tələb etdiyini vurğulayıb. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin də sürətlə rəqəmsallaşmağa doğru irəlilədiyinə diqqət çəkib. Elbrus İsayev bildirib ki, NDU bu yöndə ölkədə nümunəvi ali təhsil müəssisəsidir ki, ilk dəfə elektron  təhsil sisteminə keçib, ölkədə ilk dəfə smart tələbə kartı “TələbəPlus”ın istifadəsini tətbiq edib, tədris prosesi və elmi tədqiqatlarda hibrid təhsil qurulub, elmi əsərlər jurnalı elektronlaşıb. Rektor həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bu il reallaşacaq NDU–da İnnovasiyalar Mərkəzi barədə məlumat verərək, məqsədin ölkədə rəqəmsal bacarıqlara dair strategiya uyğun, əmək bazarının tələblərinə cavab verən, yenilikçi kadrlar hazırlamaq olduğunu qeyd edib. Bildirib ki, dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən universitetdə IBM Mərkəzi istifadəyə verilib və irəlidə bu yöndə təkmilləşdirmə işləri həyata keçiriləcək. Rektor həmçinin universitet+sənaye+hökümət əməkdaşlığının vacibliyini vurğulayıb və bu fəaliyyətlərin uğurlu karyera planlamasına hədəfləndiyini əlavə edib.  

Daha sonra plenar çıxışlar başlanıb. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli “Rəqəmsal Dövrdə Strateji İdarəetmə”,  Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslum Cabbarzadə “Rəqəmsal xəritələrin tətbiqi: müasir çağırışlar”,  Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev “Rəqəmsal ödəniş ekosistemində innovasiyalar” mövzularında məruzə ilə çıxış ediblər.

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov “Təhsildə İKT və rəqəmsallaşdırma: UNEC nümunəsi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim tədris mərkəzi”nin müdiri Xalidə Həmidova “Ali təhsil müəssisələrində strateji planlaşdırmanın nəzəri əsasları” və NDU İnformasiya Texnologiyaları şöbə müdiri Hüseyn Əsgərlinin  “Naxçıvan Dövlət Universitetində elektron təhsil və rəqəmsallaşdırma” başlıqlı çıxışları dinlənilib. 

Çıxışlarda natiqlər Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi, bu sahədə statistik məlumatların, aparılan təhlillərin  müsbət nəticələri, rəqəmsal maarifləndirməyə göstərilən diqqət, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellekt və innovativ yeniliklərin qarşıya qoyduğu əsaslı çağırışlardan bəhs ediblər. Həmçinin konfransda rəqəmsal transformasiyanın təhsildə idarəetmə proseslərinə təsiri, qərarvermə mexanizmlərində məlumat analitikasının rolu və liderliyin yeni tələbləri müzakirə edilib.

Konfransda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonra konfransın keçirilməsində göstərilən təşkilatı dəstəyə görə tərəfdaş üzvlərə Naxçıvan Dövlət Universiteti adından rektor Elbrus İsayev tərəfindən təşəkkürnamə təqdim edilib. 

Sonda xatirə fotosu çəkilib.  Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, bölmə iclasları 3 salonda, 10 panel üzrə keçiriləcək.  23 təşkilatın 115 təqdidqatçısı tərəfindən 83 tədqiqat üzrə məruzələr təqdim ediləcək. İki gün davam edəcək konfransın sonunda iştirakçılara sertifikatlar veriləcək. 

1 /10

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.