
Avqustun 24-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” və İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin təşkilatçılığı altında "Nə? Harada? Nə zaman?" oyunu üzrə məktəblilər arasında Bakı kuboku keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, şəhəri təmsil edən 15-ə yaxın komanda 24 suala cavab verməli olub. Oyunun nəticələrinə görə Bakı və Xırdalan məktəblilərini təmsil edən “El Rey” komandası qalib, " ADA school"u təmsil edən "Beyker Strit" ikinci, 287 saylı "Zəkalar" liseyinin komdandası üçüncü yeri tutub.
Qalib komanda məktəblilər arasında keçiriləcək növbəti Respublika Kubokuna vəsiqə qazanıb.
Qaliblər medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər