Bütün xəbərlər
13 dekabr, 15:45

Azərbaycan təhsilinin ən uğurlu layihələrindən biri olan STEAM-ə maraq günü-gündən artmaqda, əhatə dairəsi genişlənməkdədir. Statistikaya nəzər salsaq görərik ki, STEAM layihəsi ölkə üzrə 398 məktəb və 252 min 711 şagirdi əhatə edir. Ölkədə 20-dən çox STEAM Mərkəzi fəaliyyət göstərir. Layihə üzrə şagird sayının 2026-cı ilə kimi 10 min sinif üzrə 280 minə çatdırılması nəzərdə tutulur. STEAM dərslərini aparmaq istəyən təhsilverənlər arasında da artım var. 

"Azərbaycan müəllimi" hazırda STEAM dərslərini aparmaq arzusunda olan  müəllimləri maraqlandıran suallarla "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərova müraciət edib.    

– İqrar müəllim, STEAM dərslərini tədris etmək üçün müəllimlər hara müraciət etməlidirlər? 

– Ümumiyyətlə, təlimlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) sifarişi əsasında məktəblərin STEAM proqramlarına  kadr ehtiyacları nəzərə alınmaqla ARTİ-nin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən aparılır. Bunun üçün ümumtəhsil müəssisələri müvafiq qaydada icra strukturuna müraciət etməli və yekunda MÜTDA-nın təqdim etdiyi müdavim siyahısı əsasında “STEAM Azərbaycan” layihəsi tərəfindən təlimlərə cəlb olunurlar.

Təlimlərdə iştirak üçün aşağıdakı xüsusiyyətlərə malik müəllimlər prioritet hesab olunur: yüksək İKT bacarıqları, 4C bacarıqları, öyrənməyə meyillilik, innovativ düşüncə, tədqiqatçılıq qabiliyyəti, məqsədyönlü yanaşma, liderlik xüsusiyyətləri, strateji düşüncə tərzi, təşkilatçılıq bacarığı, dəyişikliklərə uyğunlaşma və effektiv ünsiyyət qurma qabiliyyəti.

Bu xüsusiyyətlərə malik olan müəllimlər təlimlərdə iştirak edərək, STEAM dərsini peşəkar səviyyədə tədris etmək üçün zəruri bilik və bacarıqlara yiyələnə bilərlər.

– Paytaxtla yanaşı, regionlarda bu iş necə həyata keçirilir? Ümumilikdə, neçə rayonda STEAM Mərkəzi fəaliyyət göstərir?

– STEAM mərkəzləri Azərbaycanda şagirdlərə elmi və texnoloji biliklərin təşviq edilməsi üçün əvəzsiz imkanlar yaradır. Hazırda ölkə üzrə 20-dən çox STEAM Mərkəzi fəaliyyət göstərir və bu mərkəzlər müxtəlif bölgələrdə şagirdlərin təhsil alması üçün açıqdır. Hər bir ümumtəhsil məktəbinin şagirdləri, bu mərkəzlərdə təklif olunan proqramlardan faydalana, həmçinin müxtəlif yarışlara və müsabiqələrə hazırlaşa bilərlər.

Bu il ilk dəfə olaraq STEAM mərkəzlərinə qəbul prosesi www.steam.edu.az saytında həyata keçirilir. Hazırda ölkə üzrə 19 STEAM Mərkəzi üçün qeydiyyat mərhələsi elan edilib və şagirdlər burada təlim almaq üçün müraciət edə bilərlər. Mərkəzlərdə 9 fərqli proqram üzrə təlimlər təşkil olunacaq. Bu proqramlar arasında ArtLab, CodeLab, Mexatronika və Robototexnika, Peyk Texnologiyaları, Dron Texnologiyaları, Proqramlaşdırılan Sistemlər, Alternativ Enerji Mənbələri, ROV və AUV Sistemləri, Pilotsuz Gəmi Sistemləri kimi sahələr yer alır.

Qeydiyyatdan keçən şagirdlərin yüksək sayı nəzərə alınaraq seçim prosesi imtahan vasitəsilə həyata keçiriləcək. İmtahan zamanı şagirdlərin dünyagörüşü, 3D qrafika, məntiq, informatika və riyaziyyat sahələrindəki bilikləri qiymətləndiriləcək. İmtahan nəticələrinə əsasən, ən yüksək göstəriciləri əldə edən şagirdlər təlimlərdə iştirak hüququ qazanacaqlar.

STEAM mərkəzlərində keçirilən təlimlər texnologiya və elmi biliklərin təşviqinə əlavə olaraq, yaradıcı və analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir. Bu təlimlər gənclərin gələcəkdəki karyeralarına hazırlıqda onların innovativ düşüncə və problem həlletmə bacarıqlarını gücləndirməkdə böyük əhəmiyyət kəsb edir.

– Müəllimlər üçün STEAM-la bağlı təlimlər necə təşkil olunur və təlimlərin müddəti nə qədər olur?

– Təlimlər paytaxtla yanaşı, Azərbaycanın müxtəlif regionlarında həyata keçirilir. Bu təlimlər əsasən STEAM fənnini yeni tədris edəcək müəllimlər üçün nəzərdə tutulub. Təlimlər avqust ayında başlayır və dekabr ayının sonuna qədər davam edir. Bununla yanaşı, müəllimlərin fənni və dərs proqramını daha dərindən mənimsəmələri üçün ilboyu davamlı olaraq əlavə təlimlər də təşkil olunur.

Təlimlər ümumilikdə 10 gün ərzində keçirilir və bu prosesə peşəkar STEAM mütəxəssisləri rəhbərlik edir. Təlim proqramının sonunda müəllimlər modullara əsaslanan test imtahanında iştirak edirlər. İmtahan nəticələri əsasında müəllimlərin təlimi uğurla tamamlayıb-tamamlamadıqları müəyyən edilir. 

Müəllimlər 10 gün müddətində "STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası" üzrə təlimlərdə iştirak edərək, "STEAM metodologiyaları – PBL, PrBL, DBL, İBL, EDP", "CAD/CAM sistemləri – 3D çap və CNC Lazer texnologiyaları", "Birplatalı mikrokontroller ilə kodlaşdırma", "Micro:bit və Arduino", "Pilotsuz idarəetmə sistemləri", "Nano və bio-texnologiyaları" və "Sahibkarlıq" proqramları üzrə bilik və bacarıqlara yiyələnirlər.

– Hansısa fənn müəllimlərinə STEAM tədrisi ilə bağlı məhdudiyyət varmı?

– Xeyr. Heç bir fənn müəlliminə STEAM tədrisini aparmaqla bağlı məhdudiyyət qoyulmur. STEAM interdisiplinar olduğu üçün burada xüsusi bir sərhəd yoxdur. Bizim elə ibtidai sinif müəllimlərimiz var ki, bu gün yuxarı siniflərdə yüksək səviyyədə STEAM tədris edirlər. Xüsusən gənc müəllimlərlə bağlı heç bir problem yaşamırıq. Onlar  ixtisalarından asılı olmayaraq STEAM bacarıqlarını şagirdlərə keyfiyyətli formada aşılayırlar.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.