Bütün xəbərlər
27 fevral, 11:47

Arzunun sosial şəbəkədə paylaşılan şəkli mənə “Kitabi-Dədə Qorqud” eposunun qəhrəmanlarından olan Qaraca çobanı xatırlatdı. Onunla həmsöhbət olanda bildim ki, elə vətənə olan sevgisi, mərdliyi, təbiətə bağlılığı, zirəkliyi də ondan geri qalmır. 

“Azərbaycan müəllimi” samuxlu “Qaraca çoban”ı yaxından tanımaq üçün onunla həmsöhbət oldu. 

Samux rayonunun Çobanabdallı kəndində yaşayan 13 yaşlı Arzu Qədimov H.Zərdabi adına tam orta məktəbin 7-ci sinif şagirdidir. O,  demək olar ki, hər gün dərs oxumaqla yanaşı, atasına kömək etmək məqsədilə sürü də otarır. Dərslərində hər hansı problemin yaranmaması üçün vaxtını düzgün balanslaşdırır. Hətta sürü otararkən də dərsləri ilə məşğul olur.

Arzu ötən il Lütfi Zadə adına məntiq olimpiadasında rayon birincisi olub. Bu uğuruna görə ilk növbədə özünəinamına borcludur. İşlərini  planlaşdıra bilməsi, hazırlığını düzgün həyata keçirməsi də uğur qazanmasında xüsusi rol oynayıb. Arzu bu haqda danışarkən belə deyir: “Riyaziyyat fənnini çox sevirəm, buna görə məntiq də mənə maraqlıdır, onu tez başa düşürəm. Olimpiadaya hazırlaşanda Elmira Məmmədova mənə çox kömək etdi. Təəssüf ki, həmin müəllim hazırda təqaüddədir”.

Arzu kənd həyatını çox sevir. O, kənddə yaşamağın bir çox üstünlüklərinin də olduğunu düşünür: “Kənddə təhsil almağın yaxşı tərəfi odur ki, məktəbimiz evimizə yaxındır. Oraya piyada gedib-gəlirəm. Məktəbimizdə hər cür şərait var, bu mənim üçün çox vacibdir”.

Arzu təbiətə yaxın olmağın ona nələr öyrətdiyini də belə izah edir: “Sürü otarmaq mənə öyrətdi ki, heyvanlar insanların ən yaxın dostu ola bilər. Təbiət  çox gözəldir və biz bu gözəlliklərə zərər verməməliyik”.

Arzu sürü otararkən qorxulu anlar yaşadığını da bildirib: “Bir dəfə qoyunları otararkən yaxınlıqdan canavarların ulama səsini eşitdim. Səslər getdikcə yaxınlaşırdı, çox qorxdum. Tez qoyunları evə tərəf yönəltdim,  birtəhər evə çatdım. Kəndə vaxtında qayıtmasaydım, canavarlar bizi parçalayardı”.

“Sosial şəbəkələrdə vaxt keçirməkdənsə, təbiətin qoynunda olmaq daha gözəldir”

Düzdür, Arzunun boş vaxtı çox olmur. Buna baxmayaraq, sosial şəbəkələrdə də vaxt keçirir, amma çox az. 

O, təbiət qoynunda keçirdiyi vaxtı daha dəyərli sayır: “Bir çox kənd uşaqları da mənimlə razılaşar ki, sosial şəbəkələrdə vaxt keçirməkdənsə, təbiətin qoynunda olmaq daha gözəldir...”

 Arzunun gələcək arzuları

Arzu gələcəkdə həkim olmaq istəyir. “Əvvəllər polis olacağımı düşünürdüm, amma indi həkim olmağı  arzulayıram. Xəstə insanları sağaltmaq istəyirəm”, - deyə bildirib. O, həmçinin məntiq və riyaziyyatla bağlı bilgilərini də təkmilləşdirmək niyyətindədir: “Riyaziyyat və məntiq sahələrinə böyük marağım var, amma həkim olmaq mənim ən böyük arzularımdan biridir”.

Arzunun fikrincə, artıq uğur qazanmaq üçün ilk addımlarını atıb. İnanır ki, uğurlarının çoxalması onun arzularını gerçəkləşdirməyə kömək edəcək. “Uğurlu insanlar öz təcrübələrini başqalarına da öyrətməli və onları həvəsləndirməlidir”, - deyə əlavə edir.

Arzunun həyatı onu göstərir ki, kəndin sadə, təbiətə yaxın olan mühitində də böyük uğurlar əldə etmək mümkündür. İnanırıq ki, Arzu gələcəkdə yalnız öz arzularını reallaşdırmayacaq, həm də başqalarına örnək olacaq.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.