Bütün xəbərlər
8 may, 11:10

Respublika fənn olimpiadalarının (RFO) final mərhələsi hər il olduğu kimi, bu il də öz bilik və bacarığı ilə seçilən məktəbliləri önə çıxardı. Astara rayonu Məhərrəm Abiyev adına Vaqo kənd tam orta məktəbinin IX sinif şagirdi Nuray Məmmədzadə kimya, Lənkəran rayonu Xolmili kənd tam orta məktəbinin şagirdi Əliyyiəkbər Şirinli informatika fənni üzrə RFO-da bürünc medala layiq görülərək bölgənin təhsil uğurlarına yeni bir səhifə əlavə etdilər.

Elm, zəhmət və inamla yoğrulan uğur hekayələri bir çoxlarına yol göstərir, ruh verir. “Azərbaycan müəllimi” belə uğurlu şagirdlərdən ikisini oxucularına təqdim edir.

“Bu uğur üçün çox çalışdım” 

Nuray üçün bu uğur sadəcə medal deyil, onun yorulmadan çalışmağının, müəllimlərinin dəstəyinin nəticəsidir. “RFO-da qailib olmaq böyük fəxrdir. Buna nail olmaq üçün çox çalışmalı, zəhmət çəkməlisən”, – deyə Nuray bildirib. 

O, 7-ci sinifdə kimya üzrə ilk bürünc medalını qazandıqdan sonra bu sahəyə olan marağının daha da dərinləşdiyini deyir. 

“Çox çalışdım, xüsusən zəif olduğum mövzular üzərində çox dayandım”, – söyləyən Nuray müəllimlərinin və ailəsinin ona dəstəyini xüsusi vurğulayır: “Bu elmin dərinliklərinə yiyələnməyimdə əsas zəhməti müəllimlərim çəkib. Ailəm də hər zaman tutduğum yolda mənə dəstək olub”.

Nuray finalda yaşadığı həyəcanı belə xatırlayır: “Finalda həyəcan keçirirdim, lakin sualları görəndə anladım ki, qalib olaram”. 

Nuray kitab oxumağı çox sevir, xüsusən xarici ədəbiyyata maraq göstərir. Gələcəkdə həkim olmaq, konkret olaraq, neyrocərrah peşəsini seçmək niyyətindədir. Uğura gedən yolda öz yaşıdlarına sadə, amma təsirli bir tövsiyə verir: “Çox oxusunlar, heç vaxt ruhdan düşməsinlər”.

Nuray müsahibənin sonunda minnətdarlığını dilə gətirməyi də unutmur: “Bu səviyyəyə qalxmağımın səbəbkarı hər zaman uğurlarıma sevinən müəllimlərim və məktəbimdir. Buna görə də mənə dərs deyən bütün müəllimlərimə təşəkkür edirəm”.

“Kreativ düşüncə qələbə gətirir” 

Əliyyiəkbər RFO-da artıq üçüncü dəfədir ki, iştirak edib. Bu dəfə nəticə onu əvvəlkilər qədər həyəcanlandırmayıb: “Ən azı bürünc medal alacağıma inanırdım, ona görə bu medal ilk medalım qədər sevinc hissləri oyatmadı”. 

Onun elmi uğurları bununla bitmir. RFO nəticələrindən sonra Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadası – ICO 2025 (Sinqapur) komandasına seçilən uşaqlar arasına “birincilər-birincisi” kimi daxil olub: “Olimpiadada iştrak etməyin özü belə insanı çox həvəsləndirir, amma bu dəfə, əsasən, Sinqapurdakı beynəlxalq yarışa hazırlaşırdım”.

Əsasən, dinamik proqramlaşdırma (DP) və implementasiya tələb edən suallar üzərində çalışdığını deyən Əliyyiəkbər kreativ düşüncə tərzinin vacibliyini qeyd edir: “Kreativ düşüncə tərzi qələbə gətirir”.

Bu uğur yoluna 9 illik təhsilini aldığı Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbinin direktoru Rövşən Əliyevin təşviqi ilə başladığını deyir: “Düşünürəm, o olmasa, olimpiadalara qatılmayacaqdım. Hər dəfə ona minnətdarlığımı bildirməyi özümə borc bilirəm”. 

Ailəsi, xüsusilə bacısı onun əsas motivasiya mənbələrindəndir: “Ruhdan düşəndə ən çox bacım məni motivasiya edirdi”. 

Əliyyiəkbərin yarışda yaşadığı əsas çətinlik zamanı düzgün bölə bilməməsi olub: “Vaxtı düzgün bölə bilmirdim və bu, yarışda bal itirməyimə səbəb olurdu. Riyazi  yanaşma ilə bunu aradan qaldırmağa çalışmışdım, amma RFO-da bunu istifadə etmədim və zaman problemi yaşadım”. 

Əliyyiəkbərin kimya sahəsində təhsil almaq planı yoxdur, lakin olimpiadaların verdiyi təcrübəni yüksək qiymətləndirir. “Olimpiada prosesi uzun çəkir və əsas məsələ bundan zövq almaqdır, medal almaq deyil. Burada qazanılan təcrübə medaldan daha üstündür. Həmyaşlarıma da tövsiyə edirəm ki, ingilis dilini yaxşı öyrənsinlər və özlərinə inansınlar. Əsas uğur özünəinamla başlayır”, – deyə qeyd edir.

Əliyyiəkbər üçün müəllim dəstəyi xüsusilə önəmlidir. Riyaziyyat və informatika müəllimi Minayə Rəhmanovanın ona vaxtilə ADA Universitetində təhsil almağı tövsiyə etdiyini xatırlayır: “O vaxtlar 9-cu sinif şagirdi idim. Üstündən 2 il keçdi və artıq həmin universitetə sənəd verirəm”.

Bu iki istedadlı gəncin hekayəsi göstərir ki, təhsildə uğur üçün zəhmət, məqsəd və doğru yönləndirmə əsasdır. Onların yoluna işıq tutan müəllimləri, ailələri isə bu uğurların görünməyən, lakin əvəzsiz qəhrəmanlarıdır.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.