
Peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən vahid informasiya sistemi yaradılacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılmasını 2025–2027-ci illər ərzində təmin etməlidir. Vahid informasiya sisteminin istifadəyə verilməsi, həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə 10 aidiyyəti dövlət orqanının (qurumlarının) informasiya sistemlərinə inteqrasiyasının təmin edilməsi həyata keçiriləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər