Bütün xəbərlər
19 iyun, 12:25

Sertifikatlaşdırma prosesində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1682 nəfər müəllim də iştirak edir. İmtahanlar bir neçə mərkəzdə, o cümlədən Gəncə şəhəri 28 nömrəli tam orta məktəbdə keçirilib.

“Azərbaycan müəllimi” olaraq imtahan prosesini izlədik.

Prosesin şəffaf və sakit mühitdə keçməsi üçün bütün texniki və inzibati tədbirlər görülüb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov imtahandan öncə müəllimlərə uğurlar arzulayaraq bildirib: "Biz müəllimlərimizin bilik və bacarıqlarına inanırıq. Bu proses onların peşəkar inkişafını daha da gücləndirəcək. Hesab edirəm ki, sertifikatlaşdırma pedaqoji təhsil verən təhsil müəssisələrinin əmək bazarında rəqabətqabiliyyətli müəllim yetişdirmə proqramlarına yenidən baxılması, təkmilləşdirilməsi üçün vacib amildir".

Müəllimlər isə çox həyəcanlı görünürdülər - kimisi gülüşləri ilə, kimisi də sükutluğunu qorumaqla həyəcanını biruzə verməməyə çalışırdı. 

Göygöldən uğur səsləri

Göygöl rayonu Texniki fənlər təmayüllü liseyin riyaziyyat müəllimi Günel Qurbanova sertifikatlaşdırma imtahanında 55 bal toplayıb. Onun əsas çətinliyi metodika sualları ilə bağlı olub: "İxtisas sualları normal idi. Amma metodika sualları, xüsusilə sinfin idarə olunması və müəllim-şagird münasibətləri ilə bağlı olanlar mənə daha çətin gəldi".

Göygöldən digər bir uğurlu nəticə isə Fəridə Ağayevaya aiddir. Göygöl rayonu 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Fəridə xanım 53 bal topladığını bildirərək deyir: "Suallar dərsliklərdən idi. Dərs dediyim zaman şagirdlərə izah etdiyim mövzular mənə kömək oldu. İmtahana cəmi iki həftə ərzində hazırlaşmam". 

Göygöl şəhəri 6 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Zamin Mustafayev sevinclə imtahanda 57 bal topladığını bildirir: "Kurikulumdan kitab əldə edib oxudum. İxtisasdan isə gündəlik dərs dediyim mövzulardan suallar düşdü. Əsas məsələ diqqətli olmaqdır".

Daşkəsən, Samux və Goranboydan uğurlu nəticələr

Daşkəsən rayon Bayan kənd məktəbinin ingilis dili müəllimi Nərmin Məmmədova 56 bal toplayıb. O, əsasən kurikulum suallarında çətinlik çəkdiyini bildirir: "Kurikulum sualları çətin idi və əsas səhvlərim orada oldu. Amma ixtisas üzrə sualları tədris təcrübəmə əsaslanaraq cavablandırdım".

Samux rayonu Qara-arx qəsəbə məktəbinin ingilis dili müəllimi Tuba Hüseynova isə imtahanda 57 bal nəticə göstərib və uğurunun səbəbini intensiv hazırlıqla izah edir: "Bir ay ərzində intensiv hazırlaşdım. Suallar  düşündürücü idi. Metodika sualları daha çox oxuyub-anlama tipində idi".

Samux rayonu Cövhər kənd tam orta məktəbin  ingilis dili müəllimi Mənsurə Cəfərova isə 53 bal toplayıb: “Suallar kifayət qədər çətin idi, amma düşündürücü, məntiqli idi. Məncə, çətin sualların salınması düzgündür. Çünki asan, orta və çətin suallar imtahan verənləri bir-birindən fərqləndirməyə, peşəkar ehtiyaclarını müəyyənləşdirməyə kömək edir. Özüm hazırlaşmışam. Kurikulum sualları da çətin idi. İmtahana hazırlaşan müəllimlərə ixtisaslarının üzərində daha çox çalışmalarını tövsiyə edərdim”. 

Samux rayonu Cövhər kənd tam orta məktəbin  ingilis dili müəllimi Mənsurə Cəfərova isə 53 bal toplayıb: “Suallar kifayət qədər çətin idi, amma düşündürücü, məntiqli idi. Özüm hazırlaşmışam. Kurikulum sualları da çətin idi. İmtahana hazırlaşan müəllimlərə ixtisaslarının üzərində daha çox çalışmalarını tövsiyə edərdim”. 

Goranboy rayonu Gülməmmədli kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Tamara İsmayılova isə 55 bal toplayıb: "İxtisas sualları maraqlı idi. Əsasən yutub videolarına baxaraq özüm hazırlaşdım. Kurikulum bir qədər çətin idi".

Gəncədən önəmli nəticələr

Gəncə şəhər 8 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Əsli Aslanova 58 bal toplayıb. O, nəticəsindən razıdır: "Sertifikasiya sualları rahat idi. Daim öz üzərində işləyən müəllimlər üçün bu balı toplamaq mümkündür. Düşünürəm ki, iki səhvim metodikadan oldu, növbəti dəfə maksimum nəticə toplamağa çalışacağam".

Gəncə şəhəri Fizika riyaziyyat informatika təmayüllü liseyin ingilis dili müəllimi Lalə Cəfərova isə 56 bal toplayarıb. O bildirir ki, imtahana xüsusi hazırlaşa bilməsə də, nəticəsi onu sevindirib. "Hazırlığa çox vaxt ayıra bilmədim, amma düşünürəm ki, yenə də yaxşı nəticə göstərdim".

Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyən Ülkər Zeynalovanın nəticəsi isə  57 baldır: “İxtisasdan özüm hazırlaşmışdım. Kurikulum üzrə onlayn hazırlıq qrupuna qoşulmuşdum. Sualların tam asan olduğunu deyə bilməyəcəyəm, çətinlik  səviyyəsi orta idi. Məktəb dərsi çərçivəsində olsa da, düşündürücü idi”.

Natiq Hüseynov Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin ingilis dili müəllimidir. İmtahanda 55 bal toplayıb. İmtahan təəssüratını bölüşür: “Sualların çətinlik dərəcəsi, məncə, kifayət qədər normal idi. Sertifikatlaşdırmaya özüm hazırlaşmışdım”. 

Sakit və şəffaf imtahan prosesi

Kürdəmir rayonu V.Sarıyev adına Şüşün kənd tam orta məktəbinin ingilis dili müəllimi Nərminə Yusibova imtahanda 54 bal toplayıb. İmtahan şəraiti ilə bağlı isə bu fikirləri bölüşür: "İmtahan prosesi çox sakit və şəffaf keçdi. Nəzarətçilər çox nəzakətli idi. Bu da özünü rahat hiss etməyə kömək edirdi. Suallara gəldikdə isə hər üç səviyyəyə uyğun suallar vardı, ixtisasdan hazırlaşmamışdım, çünki bu mövzuları hər gün məktəbdə tədris edirəm. Metodikadan xüsusi test topluları və hazırlıq müəllimi ilə hazırlaşmışdım".

Sertifikatlaşdırma prosesinə qatılan müəllimlərin əksəriyyəti qeyd edir ki, uğur üçün düzgün planlama, təcrübəyə arxalanmaq və xüsusən vaxt bölgüsünə ciddi riayət etmək vacibdir. Ən çox çətinlik çəkilən sahələr metodika və kurikulumla bağlı olub. İmtahanda yüksək nəticə göstərən müəllimlər gələcək namizədlərə bu istiqamətlərə xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

 

 

1 /7

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.