Bütün xəbərlər
11 dekabr, 11:49

Hazırda Biləsuvarda 14, Hacıqabulda 12, Neftçalada 20, Salyanda 12, Şirvanda 52 müəllim STEAM dərslərini tədris edir.

Bunu “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildiriblər.

Məlumata görə, ümumilikdə 1 şəhər və 4 rayonunun 17 məktəbində STEAM dərsləri keçirilir.

Hazırda Biləsuvar, Neftçala, Salyan rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri üçün Salyanda, Şirvan şəhəri və Hacıqabul rayonunun müəllimləri üçün Şirvanda "STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası" üzrə təlimlər keçirilir. Təlimlərin əsas məqsədi region müəllimlərinin STEAM texnologiyaları mövzusunda bilik və bacarıqlarını artırmaqdır.

İştirakçılara "STEAM metodologiyaları – PBL, PrBL, DBL, İBL, EDP", "CAD/CAM sistemləri – 3D çap və CNC Lazer texnologiyaları", “Birplatalı mikrokontroller ilə kodlaşdırma”, "Micro: bit və Arduino", "Pilotsuz idarəetmə sistemləri", "Nano və biotexnologiyalar" və "Sahibkarlıq" proqramları üzrə bacarıqlar öyrədilir.  

Təlimləri uğurla bitirən müəllimlərə STEAM sertifikatı təqdim ediləcək. Həmin müəllimlər STEAM dərslərini tədris etmək hüququna malik olacaqlar.

1 /3

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.