Bütün xəbərlər
2 oktyabr, 10:03

"Rəqəmsal məktəb" platformasında tətbiqi nəzərdə tutulan süni intellekt əsaslı “Chatbot”un əsas məqsədi ondan ibarətdir ki, şagird dərs prosesində müəllimin tədris etdiyi mövzunu dinlədikdən sonra evdə müəllim əlçatan olmadıqda müxtəlif suallar verə bilsin. Süni intellekt həmin suallara cavab verərək həm şagirdin individual öyrənməsini asanlaşdıracaq, həm də müəyyən mənada müəllimin rolunu tamamlayacaq”.

"Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.

O bildirib ki, platformada şagird profilləri də mövcuddur. Hər bir şagird UTİS kodu və valideynin təyin etdiyi şifrə ilə öz profilinə daxil ola bilir: “Şagirdin gördüyü dərs cədvəlləri, ev tapşırıqları və müxtəlif əlavə materiallar bu profildə yerləşir. Birinci yarımilin sonuna qədər “Chatbot” üzərindən, həmçinin müxtəlif elektron resurslar vasitəsilə şagirdin tədrisi mənimsəməsinə dəstək xarakterli funksionallıqlar əlavə ediləcək”.

Xüsusilə ibtidai sinif şagirdləri üçün elektron resurslar hazırlanır. Yuxarı siniflər üçün isə mənimsənilməsi çətin olan fənlərin mövzularında əlavə resurslar, video materiallar yaradılır. Bu resursların əsas məqsədi şagird evdə olarkən müəllimin öyrətdiklərindən əlavə öyrənmək istədikdə və ya təkrar xarakterli materiala baxmaq istədikdə həmin resurslardan yararlanmasına imkan verməkdir”.

Onun sözlərinə görə, bu, bir növ şagirdlərin sərbəst öyrənmə vərdişlərini formalaşdırmaq, həmçinin ibtidai sinif şagirdləri üçün valideynin tədris prosesinin bir hissəsinə çevrilməsinə dəstək məqsədilə yaradılan resurslardır.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 10:42

Elmi məqalə yazanda süni intellektdən istifadə edilsə, elm bitər - Əcnəbi professorla MÜSAHİBƏ

16 oktyabr, 10:13

ADPU-nun Strateji İnkişaf Mərkəzi vakansiya elan edir

16 oktyabr, 10:04

Professor: Rəqəmsal texnologiyalar və süni intellekt dilçilik tədqiqatlarını genişləndirir

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.