Bütün xəbərlər
24 fevral, 14:36

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, riyaziyyat üzrə ümumilikdə 4 mövzu üzrə 50 sual təqdim ediləcək. Ədədlər və əməllər, statistika və ehtimal sahələri üzrə hər bir mövzudan 6, cəbr və funksiyalar üzrə 22, həndəsə və ölçmə mövzusundan isə 16 sual salınacaq.

Beləliklə, qiymətləndirmə çərçivəsinə əsasən, riyaziyyat müəllimləri üçün məzmun sahələri üzrə mövzular aşağıdakılardır:

1. Ədədlər və əməllər
- Həqiqi ədədlər və onlar üzərində əməllər
- Kompleks ədədlər və onlar üzərində əməllər
- Nisbət, tənasüb, faiz
- Çoxluqlar və birləşmələr nəzəriyyəsi

2. Cəbr və funksiyalar
- Rasional ifadələr
- Çoxhədlilər və onlar üzərində əməllər
- İrrasional ifadələr və həqiqi üstlü qüvvət
- Tənliklər, tənliklər sistemi. Tənlik qurmaqla məsələ həlli
- Bərabərsizliklər, bərabərsizliklər sistemi və bərabərsizliklər heyəti
- Ədədi ardıcıllıqlar. Silsilələr
- Funksiyalar və qrafiklər
- Triqonometrik funksiyalar, triqonometrik tənliklər və triqonometrik bərabərsizliklər
- Üstlü və loqarifmik ifadələr.Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqarifmik tənliklər sistemi. Üstlü və loqarifmik bərabərsizliklər. Üstlü və loqarifmik bərabərsizliklər sistemi
- Limit
- Törəmə və onun tətbiqləri
- İbtidai funksiya və qeyri-müəyyən inteqral
- Müəyyən inteqral və onun tətbiqi

3. Həndəsə və ölçmə
- Sadə həndəsi fiqurlar
- Üçbucaqlar
- Qabarıq çoxbucaqlılar, qabarıq dördbucaqlılar
- Çevrə və dairə
- Müstəvi fiqurlarının sahəsi
- Müstəvidə və fəzada koordinatlar üsulu. Hərəkət və oxşarlıq. Vektorlar
- Fəzada düz xətt və müstəvilərin qarşılıqlı vəziyyəti
- Çoxüzlülər, onların səthinin sahəsi və həcmi
- Fırlanma cisimləri, onların səthinin sahəsi və həcmi
- Fəza fiqurlarının kombinasiyaları və müstəvi kəsikləri

4. Statistika və ehtimal
- Statistikanın elementləri
- Hadisənin ehtimalı

Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).

Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.