Bütün xəbərlər
10 aprel, 12:08

Mingəçevir şagirdləri süni intellektin köməyi ilə LIDAR sensor qurğularını təkmilləşdiriblər və bunun nəticəsində səmadakı kənar müdaxilələri insan müdaxiləsi olmadan sürətli və dəqiq aşkarlayan sistem hazırlayıblar. Bu yanaşma sayəsində hər hansı hava hədəfi – dron, təyyarə, hətta silah və bomba insan müdaxiləsi olmadan müəyyən edilərək real vaxtda analiz olunur və buna qarşı tədbirlər avtomatik icra edilir. Sistem dron vasitəsilə keçirilən sınaqlarda da özünü doğruldub. Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin “AI‑SKYS” komandası məhz bu yenilikçi texnologiyalarına görə “Sabahın alimləri” müsabiqəsində bürünc medal qazanıb.

“TensorFlow” və “YOLOv5” alqoritmlərinin birləşdirilməsi ilə formalaşan bu sistem 5G şəbəkəsinin yüksək ötürmə sürəti sayəsində müdafiə strategiyalarını anlıq olaraq tənzimləyir. 10-cu sinif şagirdi Mürsəl Musayev və 11‑ci sinif şagirdi Nailə Nəbiyeva qalib olduqları layihə ilə bağlı “Azərbaycan müəllimi”nə danışıb.

Mürsəl deyir ki, təkmilləşdirdikləri sistem kompüter proqramı vasitəsilə səmadan (dron, təyyarə, silah, bomba və s.) gələn potensial təhlükələri insan müdaxiləsi olmadan müəyyən edir: “LIDAR sensor qurğularını süni intellektin köməyi ilə təkmilləşdirərək sürətli və dəqiq aşkarlama sistemi hazırladıq. Bu proqram yalnız təhlükələri müəyyən etmir, eyni zamanda, real vaxt rejimində əldə olunan məlumatlara əsasən, onlara qarşı tədbir də həyata keçirə bilir”.

Nailə bildirir ki, 5G şəbəkəsi vasitəsilə məlumatların sürətli ötürülməsi müdafiə sisteminin çevikliyini artırır və vaxtında reaksiya verməyə imkan yaradır.

Məktəbin direktoru, eyni zamanda, layihənin elmi rəhbəri Yeganə Kərimova bu uğurun uzunmüddətli və məqsədyönlü hazırlıq işlərinin nəticəsi olduğunu vurğulayır:

“Mürsəl və Nailə layihə ideyasını formalaşdırdıqdan sonra LIDAR süni intellekt və 5G texnologiyaları ilə bağlı geniş araşdırmalar apardılar. Biz onların nəzəri biliklərini möhkəmləndirmək üçün həm məktəbdə, həm də Mingəçevir Dövlət Universiteti (MDU) ilə birgə müzakirələr təşkil etdik. Şagirdlərimizin bürünc medal qazanması birgə əməkdaşlığın və onların yenilikçi baxışlarının bariz nümunəsidir”.

Şərhlər

Xəbər lenti

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.